BİLƏNDƏRLİ ABBAS.


1044Biləndərli Abbas Əliməhəmməd oğlu 1912-ci il 21 martda Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. O, neft sahəsi üzrə ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışmaqla bərabər, geniş elmi fəaliyyətlə də məşğul olmuşdur.

Biləndərli Abbas 1963-70-ci illərdə Azərbaycan “Dənizneft” İstehsalat Birliyində baş mühəndis, 1970-ci ildən isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-tədqiqat və Layihə İnstitunda labaratoriya müdiri işləmişdir. O, bu yorulmaz fəaliyyəti ilə siravi neftçidən, neftçi alimə və texnika elmləri namizədinə qədər yüksəlmiş, Azərbaycan elminin və neft sənayesinin inkişafına öz tövhələrini vermişdir. Onun əməyi nəticəsində minlərlə gənc mariflənərək yüksək ixtisaslı kadr kimi ölkəmizin neft sənayesi sahəsində böyük xitmətlər göstərmişdir. O, böyük mütəxəsis-alim olaqla bərabər qayğıkeş-alicənab bir insan olmuş və daim kasıblara, imkansızlara əl tutmuşdur. Böyük alim Abbas Biləndərlinin xidmətləri daim dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir və o, 1960-cı ildə Azərbaycan SSR-nin əməktar mühəndisi fəxri adına, 1970-ci ildə isə Lenin lauriyyatı mükafatı və SSR-nin fəxri neftçisi adına laiq görülmüşdür. Abbas Biləndərli habelə dörd orden və ondan artıq medulla da təltif olunmuşdur. Azərbaycan Neft Sənayesinin inkişafında yüksək xidmətlər göstərmiş böyük alim, həmyerlimiz Abbas Biləndərli 1991-ci ildə Bakıda vəfat etmişdir.