ÇƏNDİRLİ HÜSEYN.


10527640_561805607264099_2723377574957558991_nHüseyn İskəndər oğlu Çəndirli 1927-ci il 20 martda Qazax rayonun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə alan H.Çəndirli, 1941-ci ildə Qazax Müəllimlər Seminariyasını bitirərək doğma kəndində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır.

Böyük Vətən müharibəsi başlayanda cəbhəyə aparılan H.Çəndirli bir müddət sonra geri qaytarılaraq öz işinə bərpa olunur. 1944-cü ilin sentyabr ayında Qıraq Kəsəmən kəndində olduğu vaxt, Hüseyn müəllimin dərsində dinləyən S.Vurğun, M.Rahim, M.İbrahimov onun dərsindən çox razı qalırlar və ona təhsilini davam etdirməsini tövsiyyə edirlər. Bundan sonra Hüseyn müəllim Bakıya gedir və 1954-cü ildə Azərbaycan Dövlət Unverstitetinin fizika-riyaziyyat fakultəsini, 1958-ci ildə isə bu fakultənin asbiranturasını bitirərək fizika-riyaziyyat elmlər namizədi, 1970-ci ildə isə doktorluq dərəcəsi alaraq professor olur. Onun elmi işi bütün Azərbaycanda, Gürcüstanda, Ukrainada və Rusiyanın bəzi regionlarında tanınmışdır. Professor H.Çəndirli bir alim kimi daim Tiblisi, Moskva, Peterburq, Varonij, Novorosiysk, Kazan və Orta Asiya alimləri ilə görüşüb, sıx əlaqədə olaraq, elmi əməkdaşlıq və dostuq işlətmişdir. H.Çəndirlinin yorulmaz fəaliyyəti nəticəsində minlərlə ixtisaslı kadr və 70-dən çox alim yetişmişdir. 25 il Bakı Dövlət Unverstitetinin Riyaziyyat kofedrasına rəhbərlik edən H.Çəndirli burada işgüzar, sağlam rəqabətə əsaslanan bir elmi-pedoqoji mühitin əsasını qoydu və bu ənənənəni uğurla inkişaf etdirdi. O, bir vasitəçi kimi Ağstafa rayon məsçidinin də tikilməsində yaxında iştirak etmiş bir insandır. Professor
Çəndirli Hüseyn 2008-ci il 19 mayda Bakı şəhərində vəfat etmişdir.