HÜSEYN XƏLİLOV.


731_nHüseyn Mehralı oğlu Xəlilov 22 iyun 1939-cu ildə Ağstafa rayonu Qıraq Kəsəmən kəndində anadan olmuş, ilk təhsilini doğulduğu kənddə alan H.Xəlilov, 1960-cı ildə Azərbaycan Dövlət Pedagoji İnstitutunun Fizika Riyaziyyat Fakultəsini, 1965-ci ildə həmin İnstitutun aspiranturasını bitirmiş, 1966-cı ildə “Bir sinif kvazixətti ikinci tərtib hiperbolik və dördüncü tərtib xüsusi törəməli differensial tənlik üçün qeyri xətti qarışıq məsələnin həlli” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

H.Xəlilov, Ali Təhsil Nazirliyinin göndərişi ilə1965-ci ildə Azərbaycan Neft Akademiyası Ali Riyaziyyat kafedrasında işə başlamış 1965-1968-ci illərdə assistent, 1968-1991-ci illərdə dossent vəzifələrində çalışmıdır. 1991-ci ildə Neft Akademiyasının Elmi Şurası tərəfindən professor vəzifəsinə seçilənə Hiseyn müəllim 1995-ci ilədək bu vəzifədə çalışmışdır. O, eyni zamanda 1969-1994-cü illərdə Akademiyanın Hazırlıq Şöbəsinin Müdiri (Dekanı) olmuşdur. Hüseyn müəllimin 1985-ci ildə Moskvada Lomonosov adına Kimya İnstitutunda Hazırlıq Şöbə dekanlarının ixtisası artırma kursunda yazıb təqdim etdiyi “İş Təcrübəsi” bütün Sovet İttifaqında xidməti istifadə üçün tövsiyə olunmuşdur. 1989-cu ildə Azərbaycan Neft Akademiyasında verilən dərslərin keyfiyyətini yoxlayan komissiyanın təqdimatı ilə, Akademiyanın Elmi Şurası H.Xəlilovun dərsini ən yüksek qiymətlə dəyərləndirmiş Akademiyanın I müəllimi olaraq qəbul etmişdir.
Professor H.Xəlilov, Kocaeli Üniversiteti Rektoruğunun (Türkiye) dəvəti ilə 1995-ci ildən 2006-cı ilədək Fənn Edəbiyyat Fakültəesi Riyaziyyat Bölümündə müqavilə ilə Professor vəzifəsində, 2007-ci ildə aspirant rəhbəri olaraq çalışmışdır. 2008-ci ildən isə, Rizə Universiteti Fən Edəbiyyat Fakültəesi Riyaziyyat Bölümündə çalışmaqdaır. O, yerli və beynəlxalq jurnallarda riyaziyyatın və onun tədrisinin müxtəlif sahələrinə aid 40-dan çox elmi məqaləsi çap olunmuşdur. Bundan əlavə 30-dan çox yerli və benəlxalq elmi konfranslarda, o cümlədən, Türk Dünyası Riyaziyyatçılarının II (2007, Sakarya, Türkiyə) ve V (2014, Bişkek, Gırğızıstan) Konfranslarında riyaziyyatın və tədrisin müxtəlif sahələrinə aid çıxışlar etmişdir. H.Xəlilov, Ali Məktəblərin tələbələri üçün Azərbaycan, Türk və Rus dillərində yazılmış 30-dan çox dərslik ve dərs vəsaitinin müəlliflərindəndir. Bu kitablar, demək nolar ki, Türkiyənin bütün ali məktəblərində istifadə olunur. Bunların çoxu təkrar təkrar çap olunmaqdadırlar. O, ilk dəfə hazırlanmış Azərbaycanca-Türkcə-Rusca Riyaziyyat Terminləri Lüğətini hazırlayanlardan da biridir.
Hüseyn müəllim, Türkiyədə çalışdığı müddətdə Kocaeli, Sakarya ve Rizə vilayətlərində istər universitet, istər orta məktəb, istərsə də liseylərdə: Riyaziyyat nədir?, Riyaziyyat necə öyrənilir?, Riyaziyyat insanlığın inkişafının lokomotividir, Müəllim hansı keyfiyyətlərə sahib olmalıdır?, Türkiyədə riyaziyyat müəllimi yetişdirilməsi, Riyaziyyat tədrisində beyin psixologiyasından faydalanma yolları və s. mövzulzrda çox sayda mühazirələr oxumuşdur. Bunlarla bərabər, o, yerli ve mərkəzi qəzetlərdə; Tədrisin Problemleri, Ermeni Yaygarası, Xocalı Qətliamı, 20 Yanvar Faciəsi, Türk Dünyasında Novruz və diğer mövzularda çok sayda məqalə yazmış, müsahibələr vermiş ve yerli televizya verlişlərində çıxışlar etmişdir.
H.Xəlilovov, həm də mərhum el şairimiz Hüseynbala Oruclunun qələmə aldığı İsrafil Ağa ilə Qaçaq Kərəmin haqqında və kəndimizin şanlı keçmişinin bir parçasını əks etdiran “Düşmən Qardaşlar” poemasını çapa hazırlamış, önsöz yazmış və çap etdirmişdir. Hüseyn müəllim özü də bəzən şeir ve hekayələr yazır. Bəzi şeirləri aşıqlar tərəfindən oxunur.