Qərb sivilizasiyası: mif və gerçəklik


80098_nDoç., Dr. Faiq ƏLƏKBƏROV
3.Yazı
Bir daha təkrar edirik ki, iki əsrdən çoxdur “Qərb” dünyası böyüyür, İslam dünyası və onun əsas sütunu olan Türklük isə kiçilir. Şübhəsiz, “kiçilmək” prosesində yaxın tariximizdəki Türk Səfəvi, Osmanlı və Qacarlar İmperatorluqlarınıı çöküşü və bu çöküşlərdən sonra onların daha çox mənfi yöndən təqdim edilməsi, hətta aşağılanması mühüm rol oynamışdır. Məncə, “Qərbləşmə”nin təsiri altında Azərbaycanda və Türkiyədə Səfəviləri, Osmanlını və Qacarları ifrat dərəcədə tənqid etməklə çox ciddi xətalara yol vermişik. Bu anlamda prof. Erol Güngör doğru yazır ki, Osmanlının çöküşündən sonra böyük olmaqdan uzaqlaşaraq kiçilmişik: “Sadəcə kiçilməklə qalmamış, özümüzü iyicə (çox) kiçik görməyə alışmış bulunmaqdayız”.
Bunu boynumuza almağın örnəyi Qacarlar və Osmanlı imperatorluqlarından sonra kiçilməyimizi qəbul etməyimizdir. Türk dövlətlərimiz kiçildikcə, istər-istəməz Türk insanlarımız da, Türk şüurumuz da kiçilmişdir. Artıq böyük düşünməyi çoxdan bir kənara atmış, əlmizdə olanları müdafiə etmək durumunda qalmışıq.
Bu gün də eyni xətaları davam etdirməmiz doğru deyildir. Məsələn, bizlər Osmanlı, Qacar hökmdarlarına (II Əbdülhəmid, Nəsirəddin şah vəb.) sahib çıxmaq əvəzinə hələ də, onları aşağılayırıq. Sovetlər Birliyi dönəmində olduğu kimi, Azərbaycanda Qacarların qurucusu Ağa Məhəmməd Qacarı təhqir etmək sıradan bir şeydir. Türkiyədə də bəzi Osmanlı sultanlarına (İ.Bəyazid vəb.) qarşı eyni münasibət sərgilənir. “Qərb” dəyərlərinin təsiri altında Türkün böyüklərini diktator, tiran, əyyaş, başkəsən, qaniçən kimi qələmə verməkdə dabam edirik. Halbuki “Qərb” bu adlara layiq olduğu halda belə, heç bir hökmdarını bu formada təqdim etmir və etməyəcək də. Bunu 20-ci əsrin başlanğıcında Türk aydınları Əli bəy Hüseynzadə, Hüseyin Cavid və başqaları da dəfələrlə yazdılar. Cavidin fikrincə avropalılar İskəndərləri, Napoleonları və başqa həmyerlilərini böyük sərkərdə adlandırıb heykəllər ucaltdıqları halda, türklərin öz qəhrəmanlarına qan içən, zalım, canavar kimi isimlər verib ləkələmələri haqsızlıqdır.
Doğrudur, qərblilər yeri gələndə onun maraqlarına cavab verən Türk-İslam aydınlarını və dövlət adamlarını da tərif edərlər. Ancaq qərblilər bunu edərkən əndazəni aşmazlar. Amma biz türklər bunun tam əksi bütün “Qərb” aydınlarını və dövlət adamlarını böyük görərik, yaxud da böyük görməyə alışdırılmışıq. Məsələ, əsasən fəlsəfə deyincə ilk ağıla gələn Sokrat, Platon, Aristotel, Hegel, tarix deyincə Herodot, coğrafiya deyincə Strabon, musiqi deyincə Bethoven, Şopen, böyük sərkərdə deyincə İskəndər, Napoleon, Bismark vəs. gəlir. Bir sözlə, 2 əsrdən çoxdur yalnız qərblilərin deyil, ondan kənarda qalanların şüurlarına da Qərb ədəbiyyatı, Qərb mədəniyyəti, Qərb tarixi vəs. yeridilib. Bu gün də Qərbdən kənarda qalan ölkələrin ali və orta məktəblərində “Qərb” öz damğasını vurmaqda davam edir. Qərbli olmayanlar üçün “Qərb” cazibə məkanıdır. Hətta, bu cazibə məkanında – “Qərb”də əxlaqi- psixoloji durumun aşağı olması belə, qeyri-qərblilərin xeyli hissəsini özünə cəlb etmkədən daşındırmır.
Yeri gəlmişkən, “Qərb”in psixoloji-əxlaqi durumunda, özəlliklə irqçilik və ailə bütünlüyündə problemlərin olmasını, bu anlamda onun təhlükəli bir hala gəlməsini bir çox Qərb aydınları da görürlər və önləməyə çalışırlar. Belə aydınlardan biri olan Arnold Toynbi hesab edir ki, Qərb sivilizasiyası ekonomika və siyasi yöndən güclü olsa da, toplumsal və ruhi baxımdan zəif durumdadır. Özəlliklə, Qərbdə psixoloji duruma bağlı irqçilik güclənməkdədir. Bunu, keçən hər gün də daha çox görürük.
Göründüyü kimi, “Qərb”də aşırı dərəcəyə varmış bir “Qərb sivilizasiyası” tarixi, fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı formalaşmışdır. Burada diqqətimizi çəkən “Qərb”in bir tərəfədən milliyyətçiliyin beşiyi olmasına baxmayaraq, digər tərəfdən AVROPA-QƏRB bütövlüyünü, yəni “Qərb” ümməti (xristian), vətəni (Avropa) və ümummillətini (avropalı) inkişaf etdirə bilməsidir. Bunu da qərblilər ümümtarix, ümümdin, ümumvətən anlayışları çərçivəsində etmişlər.
Amma qərbsayağı millətçiliyə yoluxmuş İslam dünyasında, özəlliklə Türk millətində bu proses xoşagəlməz istiqamətdə inkişaf etmişdir. Türk milləti ümumtürk tarixi, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatından uzaq düşmüşlər. Bugünkü Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan və başqa Türk dövlətləri dünənə qədər mövcud olan ümumtürk tarixindən qoparılmış durumdadırlar. Böyük və şanlı tariximizi, möhtəşəm dövlətçilik ənənələrimizi bir kənara buraxaraq, ya da buraxılmağa məcbur edilərək kiçik tarix, kiçik dövlətçilik şüuruna yuvarlanmışıq. Azərbaycan Səvəfilər-Qacarlardan, Türkiyə Osmanlıdan, Orta Asiya Türk dövlətləri Türküstandan sonra yaranan dövlətlərini böyük zəfər, tarixi nailiyyət adlandıraraq keçmişdəki böyüklüklərini kölgə altına salmışlar. Artıq dünyada hər kəsin hesablaşdığı Osmanlının yerini Türkiyə, Türküstanın yerini 4 yerə parçalanmış Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qacarların yerini Azərbaycan tutmuş, bununla da zəif bir duruma gətirilmişdik. Güngörün qeyd etdiyi kimi, Cümhuriyyət inqilabı gələnəksəl Türk cəmiyyəti ilə, Qərb yolundakı Türk cəmiyyəti arasındakı cizgini xeyli dərəcədə qalınlaşdıraraq adətən, bir divar halına gətirmişdir. Halbuki Türkün böyüklüyü və şanlı keçmişi Türkiyə Cümhuriyyətindən öncə, ən azı Osmanlı ilə bağlıdır.
Eyni zamanda, adət-ənənələrə münasibətdə bir çox hallarda lüzumsuz olaraq “qərbləşmə” yolu tutmuşuq. Qərbsayagı paltarlar geyinməkdən, yemək süfrəmizdən tutmuş ailədaxili əxlaqi dəyərlərədək “qərbləşməyimiz” ona gətirib çıxartmışdır ki, Türk keçmişimizlə fəxr etməkdənsə, “qərbləməyə” qədərki bütün tarixin üstündən xətt çəkməyə belə qalxmışıq. Guya, yalnız “Qərb” arealına, ya da indiki anlamda Avropaya inteqrasiya olmaqla mədəni və sivil olmaq mümkün imiş. Bu anlamda, “qərbləşmək” üçün adət-ənənələrimizimn üstündən amansızcasına xətt çəkmişik. “Qərbləşməy”in ilk dönəmlərində zahirən, daha sonra mənəviyyat baxımından da onlara oxşamağa başlamışıq. Qərbsayağı müasirləşmə, modernələşmə, postmodernləşmə milli-dini mənəviyyatımızı zədələmişdir. Geyimlərimizi və məişət həyatımızı qərbləşdirməklə sivil, mədəni və müasir insan olacağımızı zənn edərkən, dərin bir uçuruma yuvarlanmışıq.
Bütün bunlar türklük ruhumuzu zədələməklə, yaralamaqla qalmamış, onun yerini yad, özgə ideyalar (praqmatizm, marksizm, freydizm, ekzistensializm vəb.) tutmağa başlamlşdı. Dünyanı “Qərb”in, “Qərb mədəniyyəti”nin, “Qərb fəlsəfəsi”nin gözü ilə görməyə, anlamağa və yaşamağa başlamışıq. Bu gün də buna davam edirik. Bizim şüurumuza zor-xoş yeridiblər ki, dünyanı yalnız “Qərb”dən idarə etmək mümkündür, çünki yalnız onlar buna qadir və layiqdirlər. Maraqlıdır ki, biz İslam-Türk dünyasının insanları bunu vaxtilə şüurumuza yeridənlərə də, bu gün yeritməyə davam edənlərə də az qala büt kimi sitayiş edirik.
Bu o deməkdir ki, Xaçlı səfərləri ilə İslam-Türk sivilizasiyasını yenə bilməyən “Qərb”, okeanları fəth etməkılə və fəth etdikləri xalqları məhv etməklə türkləri zor bir duruma salıblar. Bunula da, qərblilər savaş meydanlarında daima uduzduqları türkləri fikir və texnoloji meydanlarında məğlub duruma gətiriblər.
Beləliklə, 17-18-ci əsrlərə qədər dünyaya meydan oxuyan türklər artıq 19-cu əsrin əvvəllərində öz yerini “Qərb”ə verməli olub. Üstəlik, 20-ci əsrin əvvəllərində Osmanlının çöküşü sırasında tamamilə məhv olmamaq üçün “Qərb” dəyərlərinı müraciət etmək zorunda qalıb. Bu prossesdə türklərin “Qərb”in ideolojisi olan “millətçiliy”ə yaxalanmaları az rol oynamamışdır. Bununla da, Arnold Toynbinin də etiraf etdiyi kimi, dünənə qədər dünyaya meydan oxuyan türklərin “Qərb”ə üz tutması, özəlliklə bunun Osmanlı türklərinin böyük qərbçilərindən Mustafa Kamal Atatürk tərəfindən gerçəkləşdirilməsi olağanüstü bir hal idi. Çünki əgər dünyaya meydan oxuyan türklər də “Qərb”ə üz tutmaqdan başqa çarə görmürdülərsə, bu avropalılar üçün inanılmaz bir olay idi. Bununla da, “Qərb” əsas rəqiblərini sıradan çıxartmış olurdular.
Hər halda A.Toynbi gözlətmir ki, xristianlıq dövründəki Avropa üçün ən böyük təhlükə antiqərbyönlü İslam-Türk hərəkatı olub. Onun fikrincə, 16-cı əsrdə İslam qərbli ürəklərə isterika verən antiqərb hərəkatı idi ki, onun da mərkəzində Türklər dayanırdı. Çünki Toynbiyə görə Orta Çağda “qərblilər Türk olmaq təhlükəsində qalıblar”mış. Dogrudan da, Orta Çağda və onun pik nöqtösi olan 16-cı əsrdə İslamı dünyaya yayan, Vyanaya qədər gedib çıxan Osmanlı türkləri idi. Bu anlamda türklərin 20-ci əsrin əvvəllərində “qərbləşmə” xətti seçməsi qərbliləri çox sevindirmişdir.