ŞƏHİD,TAĞIM KOMANDİRİ, LEYNİNANT AZƏR RƏHİM OĞLU NAMAZOV.


10Namazov Azər Rəhim oğlu 1966-cı ildə yanvarın 28-də Yardımlı rayonunun Çayüzü kəndində müəllim ailəsində anadan olmuşdur (atası orada işlədiyi üçün.).1971-83-cü illərdə Qazax rayonu X. Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbində ilk təhsilini almışdır.

1984-86 cı ildə SSRİ ordu sıralarında Belarusiyanın Qrodno şəhərində qulluq etmişdir. 1986-90 cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnsitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakultəsində ali təhsil almış və Qaradağ rayonu Qızıldaş qəsəbəsi 180 № li orta məktəbdə hərbi-idman müəllimi kimi çalışmışdır. Qarabağ müharibəsi başlayanda isə digər qeyrətli vətən övladları kimi cəbhəyə yollanır. O, 1991-ci ildə könüllülərdən təşkil olunmuş Şıx bataliyonda leytinant rütbəsi ilə tağım komandiri kimi cabhəyə yollandı. Öz tağımı ilə Şuşa şəhəri və Malıbəyli kəndində döyüşmüşdür. 1992-ci il yanvarında 25-26-da uğursuz Daşaltı əməliyyatında Azər də 90 nəfər əsgər yoldaşları kimi vətənin bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onun cəsədinini martın 28-də qarın altından tapılmış və martın 29-da Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Hazırda Azərin vaxtilə işlədiyi Qaradağ rayonu Qızıldaş qəsəbəsi 180 № li orta məktəbi onun adını daşıyır.