YURDUN ADINI UCALDANLAR


307_nHÜSEYN HACIYEV. Hacıyev Hüseyn Ələkbər oğlu 1905-ci il yanvarın 5-də Qazax Qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Orta təhsilini başa vuran H.Hacıyev 1921-1924-cü ildə Bakıda ilk ali təhsilini və 1927-31-ci illərdə isə Moskvada hərbi təhsilni almışdır. 1931-33-cü illərdə Gəncədə Azərbaycan diviziyası 2-ci dağ-atıcı alayına komandir, 1933-36-cı illərdə Dağlıq Qarabağdakı 4-cü alaya komandir, 1936-38-ci illərdə Azərbaycan diviziyası 229-cu döyüş alayına komandir, 1938-ci il Qorki şəhəri Moskva hərbi hissəsinin K.E.Voroşilov adına kəşfiyyat rotasının 50-ci atıcı alayının komandiri, 1936-41cı illərdə 144-cü kəşfiyyat botoliyonun, 136-cı ildə V.İ.Lenin ordeni atıcı alayının, 1941-42-ci illərdə Proxladnıy şəhərində 24-cü briqadanın komandiri vəzifələrində çalışmışdır. Böyük Vətən müharibəsi gedişində 1944-cü ildə ağır kantuziya alsa da bir müddət müalicəsi başa çatdıqdan sonra təkrar cəbhəyə qayıtmışdır. Yüksək və nümunəvi hərbi xidmət göstərmiş H.Hacıyev polkovnik rütbəsi ilə ordudan təxris olduqdan sonra 1953-67-ci illərdə Azərbaycan Dövlət Unverstitetində prorektor, 1967-81-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda mülki-müdafiə kofedrasının müdiri olmuşdur. Polkovnik H.Hacıyevin fədakar xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək “Şərəf nişanı ordeni”, “Lenin ordeni”, “Qızıl bayraq ordeni”, “Aleksanr Nevski ordeni”, “I-II dərəcəli Vətən Müharibəsi ordeni”, “Qızıl Ulduz nişanı” ilə təltif edilmişdir. Polkovnik Hüseyn Hacıyev 1981-ci il 21 martda Bakıda vəfat etmişdir.