PAŞA HÜSEYNOV


10306730_567nHüseynov Paşa Qara oğlu 1909-cu ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə alan Paşa Hüseynov 1927-ci ildə Qazax Pedoqoji Texnikumuna daxil olmuş, 1936-cı ildə isə “Azərnəşr”də elmi-pedoqoji şöbədə işə başlamışdır. 1938-39 cu illərdə Qarayev adına zavodda mühəndis vəzifəsində çalışmışdır. 1939-cu ildə Azərbaycan SSR Siyasi Büronun qərarı ilə Moskvaya ali təhsil almağa göndərilmiş və sonra Azərbaycan Mərkəzi Aparatı NKVD-NKQV Mərkəzi Siyasi Bürosunda idarə rəisi vəzifəsində çalışmışdır. 1952-ci ildə bakı şəhəri Molotov rayonu MDTN-nə rəis keçmişdir. Palkovnik rütbəsinədək yüksələn P.Hüseynov sonralar Səbayel rayonundan Ali Sovetə deputat seçilmişdir. 1957-ci ildən 1965-ci ilə kimi isə Qaradağ Rayonu Milis İdarəsində rəis vəzifəsində çalışmışdır. P. Hüseynovun yüksək xidməti dövlətin də diqqətindən kənarda qalmamışdır və o, “Qızıl Ulduz” ordeni, “Qafqazın müdafiəsi” medalı, “Alman faşistləri üzərində qələbəyə görə” “Əsl döyüşçü”, “XX əsr əvəzsiz xidmətlərinə görə”, “DİN-in 50 illiyi ilə əlaqadar”, “Milis əlaçısı” döş nişanları ilə təltif olunmuşdur. Palkovnik Paşa Hüseynov 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir.