MƏRDAN ƏLİYEV


945_nƏliyev Mərdan Bayram oğlu 1926-cı il 15 oktyabrda Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutuna daxil olur və 1956-cı ildə buranı dağ-geofizik ixtisası ilə bitirir.

Bir müddət müxtəlif vəzifələrdə çalışan Mərdan müəllim 1968-ci ildə isə elmi işini uğurla müdafiə edərək geologiya-minerologiya elmlər namizədi, alimlik dərəcəsi adını almışdır. O, 100-dən artıq elmi əsərin, 6 ixtiranın, bir çox səmərələşdirici təklifin müəllifir. Mərdan müəllim seysmo-akustika, seysmologiya və digər geofiziki metodlar sahəsində yüksək qabiliyyətli mütəxəsisdir. Mərdan Əliyevə 2000-ci ildən Beynəlxalq Ekoloji Akademiyanın doktoru və professoru adı verilmişdir. Hazırda Mərdan müəllim Azərgeofizika Elmi Tədqiqat İnstitunun direktor müavini vəzifəsində çalışır.