Bəh Bəh Əli (ə) haqda gözəl şeir, oxuyan gözlər var olsun…


588_nƏlini Əlinin özündən soruş
Özünü tapmasan sözündən soruş
Əli bir bulaqdır çağlayar coşar
Bulağın saflığın gözündən soruş!

O Allah nurunun cilvəsindədir
Sədası “Quran”ın şivəsindədir
Ədalət bir uca dağ misalıdır
Əli o dağların zirvəsindədir!

Zülmət gecələrdə nurlu mah idi,
Əli yer üzündə yadullah idi,
Bu nə mərtəbədir, bu nə rütbədir?
Ləpiri dəyən yer qədəmgah idi!

Əlini qiyməti qiymətindədir
Qolunun qüdrəti qeyrətindədir
Sənin xidmətivə ehtiyacı yox
Əlinin mələklər xidmətindədir!

Onda ki dünyada Əli var idi
Dünyanın özünə iftixar idi
Əli fəth eylədi kəhkəşanları
Göyün yollarından xəbərdar idi!

Əli ölməyibdir Əli zindədir
Əlini sevənlər sadiq bəndədir
Seyyidə o dini təlim eylə ki,
Ağası mövlası həmən dindədir!