BIRI VARDI, BIRI YOX…


gokyuzu_bulut_gunes_2Olan olub kecen kecib bəlkə də
Indi daha kövrəlməyin yeri yox
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox

Uzaqdaydı mən istəyən ocaqlar
Ürəyimdən gəlib kecdi sazaqlar
Atalıydı, analıydı usaqlar
Bizim evdə biri vardı, biri yox

Gozlərimə doldurmuşam yağışı
Bir koynəkdə cıxarmışam mən qışı
Şalvar-pencək geyinirdi tay-tuşum
Məndə ise biri vardı biri yox

Qəlbim yandı ilk sevgimdən eşqimdən
Dara düşdüm əl ummadım hec kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı biri yox

Üzüm güldü tələbəyəm deyəndə
Sıxılırdım dost pencəyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox

Mən orduya nələr görüb getmişdim
Ürek alıb ürek verib getmişdim
Iki qıza könül verib getmişdim
Qayıdanda biri vardı biri yox

Uzaq gəzdi əmi, dayı, bibilər
Söz arası mənə evlən dedilər
Nişan ücün iki şey istədilər
Məndə ise biri vardı biri yox

Vaxt gələcək bu günü görəcəksən
Cox suala gözünü döyəcəksən
Vaxt gələcək sən özün deyəcəksən
Deyəcəksən, biri vardı, biri yox…