BİR YARPAQ XATİRƏ


307_nPolkovnik Hüseyn Ələkbər oğlu Hacıyevi tələbəlik illərindən Bakı Dövlət Universitetinin hərbi hazırlıq kafedrasının müəllimi kimi tanıyıram.Sonralar BDU-nun rektoru akademik Yusif Məmmədəliyev polkovnik H. Hacıyevi BDU-nun inzibati təsərüfat işləri üzrə prorektor vəzifəsinə təyin etmişdir. 1967-ci ildə BDU iqtisadiyyat fakultəsi bazasında Azərbaycan Xalq Təsərüfatı İnistututu yaradılan zaman polkovnik həmin inistitutda qaldı, BDU isə köhnə Kommunist kücəsindən indiki yeni binaya köcdü. Buna baxmayaraq H. Hacıyev 20 ildən artıq calışdığı BDU kollektivi ilə əlaqəsini hec zaman kəsmədi. Bunun bir səbəbi də o idi ki, polkovnik BDU əməkdaşları ilə bir binada yaşayırdı.

Hüseyn müəllimin nə qədər səmimi, saf, vətənpərvər bir insan olması haqda indi də onu tanıyanlar böyük həvəslə danışırlar.50-ci illərdə BDU hərbi hazırlıq kafedrasında (o zaman xususi hazırlıq adlanırdı) calışan bir sıra müharibə iştirakcıları-zabitlər xususilə secilirdilər. Onlardan kafedranın rəisi, Sovet İttifaqı Qəhramanı Məlik Məhərrəmov, kafedranın əməkdaşlarından Sovet İttifaqı Qəhramanı Fariz Cəfərov, mayor Murad Qasımov, kapitan Kərim Kərimov polkovniki hər an xatırlayırdılar.
Mənim cox gec də olsa bu yazını yazmağıma səbəb mayor Ənvər Əfəndiyevin polkovnik Hüseyn Hacıyev haqda olduqca maraqlı söhbətidir.1944-1945-ci ilin qışında Cənub-Qərb Cəbhəsi qoşunları Tolbuxinin komandalığı altında Bolqarıstanı faşistlərdən azad etdikdən sonra Bolqarıstan-Yuqoslaviya cəbhəsinə cıxmışlar. Mayor Ənvər Əfəndiyev həmin qoşunların divizyalarından birinin qərargah rəisi olmuşdur.
Ənvər Əfəndiyevin söylədiyinə görə, həmin dövürdə cəbhədə elə bir şərait yaranmışdı ki, bir necə hərbi hissə polkovnik Hüseyn Hacıyevə tabe edilmiş, hətta bu hissələrdə genral rütbəli zabitlər də olmuşdu.
Cəbhədə isə vəziyyət belə idi: polkovnik Hacıyevin komandası altında olan hissələr düşmənə tərəf cıxıntı əmələ gətrirmiş, çinahlarda Sovet qoşunlarına tərəf kecmiş bolqar hərbi hissələri mövqe tutmuşlar. Almanlar Bolqar-Yuqoslaviya sərhəddinə cıxan Sovet qoşunlarının cıxıntısına qarşı hücum əməliyyatı hazırlamağı və onları mühasirəyə almağı planlaşdırıb. Bu planı həyata kecirmək ücün çəbhə xəttinə zirehli hissələr toplamağa başlayıblar. Bu zaman məlum olub ki, çinahlarda müdafiə tutmuş Bolqar qoşunları öz mövqelərini qoyub qacıblar. Olduqca gərgin vəziyyət yaranıb. Tolbuxindən əmr gəlib ki, Sovet hissələri bir qədər geri cəkilsin və çəbhə xəttini düzəltsin.
Lakin…
Lakin polkovnik Hacıyev çəbhə komandanının bu əmrinə əməl etməyib, ona tabe olan hissələrin komandirlərini yığıb vəziyyəti onlara izah etdikdən sonra, səhər 6.00-da hücuma kecmək haqda əmr verib(şübhəsiz,bu hucumun planl hazırlanıbmış). Bir nəfər genral-polkovnikə etiraz edib və komandanın əmrinə əməl etməyi təklif edib. Lakin polkovnik Haçıyev əmrə əməl etməsə, onu güllələyəçəyini bildiribmiş.
Nə isə…polkovnik Hacıyevin hissələri cox güclü atəşdən sonra alman qoşunları mövqelərinə hucuma kecir və tezliklə onların, müdafiə xəttini yarırlar. Sovet qoşunları tərəfindən hücum əməliyyatı gözləməyən faşist hissələri qəfil hçuma dözməyib geri cəkilməyə başlayırdılar. Lakin sayça o qədər böyük olmayan qoşun hissəsinin düşmən mövqeyi cox cəkə bilməzdi.
Almanlar çəbhə xəttinin qalan hissəsində sakitlik hiss etdikdə, əks hçuma kecib onları məhf edərdi. Bu təhlükəni əvvəlcədən hiss edən polkovnik Hacıyev faşist qoşunlarının müdafiə xəttini yaran kimi Çənub-Qərb Çəbhəsi komandanı Tolbuxinə müraciət edib, kömək istəyir. Komandan hücuma kecmiş hissələri xilas etmək, yaxud onların müvəffəqiyyətindən istifadə etmək məqsədi ilə alman qoşunları məsələdən tam agah olmamış bütün Çənub-Qərb Çəbhəsini hərəkətə gətrir, bir necə yerdə çəbhə xətti yarılır. Sovet Qoşunları böyük müvəffəqiyyət qazanır.
Döyüşlər bir qədər sakitləşdikdən sonras komandan Tolbuxinin Çənub-Qərb Çəbhəsi üzrə əmri olub. Həmin əmrin birinçi bəndində Çənub-Qərb Çəbhəsi komandanın geri cəkilmək haqda əmrini yerinə yetirmədiyinə görə polkovnik H. Hacıyevə çiddi töhmət elan edilir, 2-ci bəndində isə Çənub-Qərb Çəbhəsinin böyük müvəffəqiyyət qazanmasına görə hücumun təşəbbüskarı və içracısı polkovnik H. Hacıyev “ Lenin Ordeni ” ilə təltif edilir.
Ənvər Əfəndiyev polkovnik H. Hacıyevin çəsurluğunun başqa, fərdi çəhətləri haqda da maraqlı xatirələrini söyləmişdir. Polkovnik H. Hacıyev cox gözəl ağ at saxlayırmış və qara rəngli gözəl yapınçısı varmış. Hərdən bir qara yapınçını ciyninə salıb, ağ atı minib almanların top, minamyot atəşləri altında onu səngər boyu səyirtdirərmiş. Əsgərlər arasında belə bir əfsanə yayılıbmış ki, “ polkovnik haçıyevi alman gülləsi tutmur ”. Əslində isə o, muharibə vaxtı cox yaralar almışdır.
Mayor Ənvər Əfəndiyevin polkovnik Hüseyin Haçıyev harada söhbətləri bununla bitmir. Lakin belə hesab edirəm ki, bu qısa xatirələr onun nəqədər çəsur, vətənpərvər, pak bir insan olduğunu bir daha sübut edir.Şübhəsiz, 2-ci dünya muharibəsi zamanı və Qarabağ uğrunda döyüşlərdə Haçıyev kimi şücaətli Azərbaycan oğulları az olmamışdır. Onların qəhrəmanlıq tarixcələrini bərpa etmək və bugünkü vətən müdafiəcilərinə-Müstəqil Azərbaycan əsgərlərinə catdırmaq hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsi olmalıdır.
Müseyib Müseyibov BDU-nun Fiziki Coğrafiya kafedrasının müdri