Unutmaq olarmı Hüseyn Arifi? !


305_nAysun Kəlbecərli Mehdiyeva

Dünya fikir dünyasıdı deyirdi,
O başını bircə Haqqa əyirdi,
Təpədən-dırnağa bütöv şairdi,
Onun halalıydı haqlı tərifi,
Unutmaq olarmı Hüseyn Arifi?!

Zamanın ən kövrək bir çağasıydı,
Bütöv məmləkətin bir qağasıydı,
Böyük mülkü vardı, söz ağasıydı,
Duyğusu Pirani, kəlamı sufi,
Unutmaq olarmı Hüseyn Arifi? !

İlhamı dağlardan, dərədən aldı,
Ovunu ovladı, bərədən aldı,
Qalan ömrünü də “dağ kəli” aşdı,
Keçmədi özünə etdiyi “səhfi”,
Unutmaq olarmı Hüseyn Arifi? !

Uyusa da laylasında dünyanın,
Oynamadı, havasında dünyanın,
Nələr gördü aynasında dünyanın! ..
Qarışdı əhvalı, pozuldu keyfi,
Unutmaq olarmı Hüseyn Arifi? !

Dağı dəldi, daşdan keçdi sözləri,
Hər düşünən başdan keçdi sözləri,
Aqillədi, Arifləşdi sözləri,
İtidi Arifi, “tapdı Arifi”,
Unutmaq olarmı Hüseyn Arifi? !

Çox gözəl söyləmiş şair Nəriman,
İndi Ağstafa “fəxri xiyaban”,
Şairi torpağa tapşıran zaman,
Qayıtdı durnalar, dağıtdı səfi,
Unutmaq olarmı Hüseyn Arifi? !

Yer kürrəsin oxundadı Hüseynim,
Uzaq deyil yaxındadı Hüseynim,
Cığatelin ruhundadı Hüseynim,
Şairlərdir, yer üzünün əşrəfi,
Unutmaq olarmı Hüseyn Arifi? !
Unutmaz nəsillər Hüseyn Arifi. ….