“ALINMAYAN QİSAS AÇILMAYAN SİRR”


Ismayilov_TK_Hazırladı: Teymur Kəsəmənli

Əzəldən belədir, çünki kainat,
Əldən ələ keçir vəfasız həyat
Cahan daimidir, ömür əmanət,
Biz gəldi, gedərik, sən yaşa dünya.
Səməd Vurğun 

Akademik T. K. İsmayılovun xatirəsinə həsr olunur.

Qocaman dünyanın bilinməyən tarixi və durduqca yaşaması, onu yaradanların adları qızıl həriflərlə tarixə həkk ediləcəkdir. «Allah gözəldir və gözəllikdən xoşu gəlir.
(Məhəmməd Peyğəmbər)

Hər dəfə bu kəlamdan yan keçilməsi qaçılmazdır. Dünyanı yaradan Allah təala ilkin olaraq təbiəti yaradır, sonra isə bəxş etdiyi təbii mənzərələrin gözəlliyindən xoşu gəldiyi kimi də sevdiyi bəndələrini xəlq edib onlara təbiəti ərməğan, dünyanı isə bəndələrinə əmanət olaraq qoruyub saxlamasını tövsiyə edir. Eyni zamanda dünyanın bir parçasında bəxş edilən Türklərin yerini, ərazisini və torpağını yaranmış xalqlar kimi yaşamasını əsirgəmir. Türklər zəngin və qədim tarixi, dili, mədəniyyətə malik xalq olaraq xəlq edilib. Böyük ərazisi olub qüdrətli dövlət qurmuşdur. Təəssüflər olsun ki, 19-cu ərsin əvvəllərindən kimsəsiz xalq kimi yeri-yurdu olmayan, milləti bilinməyən, yaradılmış dünyada mövcud olan xalqlar onlara yer, yurd, sığınacaq belə verməyən qondarma erməni adı olanlara Türklər İrəvanda yer verib himayəsinə götürür. Onlar Irəvanda məskunlaşdıqdan sonra Rus müstəmkələçiləri ilə gizlin əlaqə qurub satqınlıqlar edib Türklərə qarşı planlar cızırlar. Rus müstəmkələçiləri tərəfindən həmin ərazilər işğala məruz qalaraq İravən xanlığı vəhşicəsinə talan edilir. Türklər təcavüzə məruz qalırlar, olmazın işgəncələrini verib Rus müstəmkələçiləri tərəfindən qondarma Ermənistan yaranır. XX əsrə qədər xalqımıza qarşı erməni-rus birləşmələri və talanları davam edərək 1905-1907-ci ildə erməni-müsəlman müharibəsinə Rus işğalçıları nail olur. 200-il Türklərə qarşı daha da vəhşiliklər edən Rus işğalçıları, Erməni terrorçuları ilə birləşib xalqımızın başına gətirilən soyqırımların ağır izləri tarixə həkk edilmişdir. Rus işğalçıları və erməni vəhşilikləri arxivdə tarixdən silinməyən terrorçuluğu, soyqırımlar xalqımızdan gizlədilərək saxta tarixi təbliğ edilmişdir. Sovetlər birliyinin qurulmasından sonra yəni 37-ci il ömür sürməsinə baxmayaraq ağır və dəhşətli 1937-ci il represiyası baş qaldırır. Xalqımızın qeyrətli oğulları yazıçı və şairləri, Alim və Akademikləri işgəncələrə, terrora, sürgünlərə və vəhşiliklərlə çarpışaraq mübarizələri ölümlə nəticələnir. 1937-ci ildən pasporta yazılan Türk milləti Azərbaycan termini ilə əvəzlənir. Bununla razılaşmayan mənfur xislətli Rus işğalçıları vəhşi ermənilərə yardım edərək vəhşiliklərini davam etməsinə təkan verir. Bunlara sinə gələn Azərbaycan xalqını 200 il əsarət və olmazın iztirabları sarsıda bilmədi. Xalqımızın sərvətini vəhşicəsinə istismar edən Rus işğalçıları neftindən, dəmir filizindən, qızıl yataqlarından, təbii sərvətlərində mövcud olan insan sağlamlığına məlhəm olan müalicəvi otlarından və təbii sularından bəhrələnib daha da azğınlaşaraq quduzlaşıb xalqımızın əzəli torpaqlarını və ərazisini parçalayıb terrorçu ermənilərə vermək istəyirdi. 19-cu əsrin əvvəllərində qondarma Ermənistan 9 min kvadrat kilometr olduğu halda, XX əsrin ortaları 26 min kvadrat kilometrə çatmışdır. Nəhayət Sovetlər birliyinin işğalçılığı, Rus İmperiyasının süqut etməsinin işartıları büruzə verirdi. Terrorçu mənfur xislətli Ermənilər yenə də tarixdə törətdikləri soyqırımları işə salmağa hazırlaşırdılar. Eyni zamanda 1987-ci il Şovinist və yırtıcı Rus İmperiyası son olaraq parçalanma dalğası sovetlər birliyini silkələməyə başlayırdı. Yenə də tarix təkrarlanaraq Rus İmperiyası gizli mənfur xislətli terrorçu Ermənilərlə sövdələşmələr aparıb Azərbaycan xalqını əsarətdə saxlamağa Dağlıq Qarabağı qondarma ermənistana verilməsini və soyqırımlar törədilməsinə nail olmaq idi. Dağlıq Qarabağda terrorçu ermənilər tərəfindən terror və vəhşiliklər törədilirdi.
Belə vəhşiliklərin qarşısının alınmasında xalqımız Rus İmperiyasına müraciətlər və şikayət edilsə də yalan vədlərlə nəticələnirdi. Yırtıcı Rus İmperiyası gizlin olaraq erməni terrorçuluğunu müdafiə edir, ermənilərə Dağlıq Qarabağın verilməsini söz verərək münaqişənin dərinləşməsinə çalışırdı. İşğalçı Rusiya Dağlıq Qarabağda elan edilməmiş müharibəyə nail olur. Lakin xalqımız rus-erməni işğalçılarının birləşməsi xalqımıza qarşı vəhşiliklər və terrorçuluq edib bir xalq kimi yer üzündən silmək istəyini birlikdə xalqımız öz müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Məlumdur ki, hər bir xalq azadlığına layiqdir. Xalqımız da özünün azadlığına layiq olub mübarizəyə qalxır. 1988-ci ildə xalqımız azadlığı uğrunda meydanda mitinqlər edib azadlığını tələb edirdi. Rus imperiyasının məkirli göstərişlərini layiqincə yerinə yetirən ermənidən əmələ gələn, manqurt, sapı özümüzdən olan baltalar Azərbaycan xalqının vətən, millət deyən oğullarını həbs edib zindanlarda ölümlə nəticələnməsinə nail olurdular. Respublikamızın siyasi və azadlığı uğrunda geniş vüsət alması Kremli qorxu xofuna salmışdır. Rus şovnistləri işğalçı qızıl ordu adlanan ordusu ilə xalqımıza qarşı hədə qorxular edirdi. Həmin illər Respublikamızın birinci katibi erməni baxışlı, yəhudi xasiyyətli, mənfur xislətli Avdırəhman Vəzirov bilərəkdən kor təbii yeritdiyi siyasəti nəticəsində 1989-cu ildə terrorçu Ermənilər Azərbaycan xalqına qarşı həm siyasi şovinizm və terrorçu hərəkətlərini genişləndirərək Qarabağın bir hissəsini qondarma Ermənistana birləşdirmək təhlükəsi ilə nəticələnməsi idi. Xalqımızın ağır günündə həmişə və əsirlər boyu Alim və Akademik ordusu irəlidə dayanmışdır. Həmçinin xalqımızın tanınmış oğlu ziyalı Akademik, dünya elmində özünə və Azərbaycan xalqının adına layiqli yerini tutan Tofik Kazım oğlu İsmayılovdur. Tofik İsmayılov Ali təhsilini Moskva şəhərində almışdır. Əzablı yollar keçən T. İsamıyılov Moskva şəhərində Aspiranturaya daxil olur, elmi dərəcəni müdafiə edir. 1978-ci ildə T. İsmayılov üçün çox ağır il olaraq Kosmik tədqiqatlarda elmi surətdə sübut edir ki, «Şəffavlıq mərtəbələri» adlanan Yer ətrafı məkan mövcuddur. Yer kürəsinin kosmosdan tədqiq olunma problemlərini təkidlə həyata keçirənlərdən birinci olduğu üçün dünya elmində birincilər sırasına Akademik adı həkk edilir. Azərbaycan respublikası Kosmos elminə iti surətlə irəliləməsi başlayır. Eyni zamanda T. İsmayılov Kosmik Tədqiqatlar İnstitutunun direktoru idi. Akademiki həmişə bir amal düşündürürdü, müstəqillik və azadlıq. T. İsmayılov bilirdi xalqı azadlığa layiqdir. Azadlığını əldə etdikdən sonra Kosmik Tədqiqatlar İnstitutu daha geniş vüsət alaraq inkişaf mərhələsinə doğru addımlamaqla özünün Kosmik peykinə, xalqının layiqli oğullarından Kosmonavt kadrların hazırlanmasına nail olub göylərin açılmayan sirlərinə yiyələnəcək. Əfsuslar olsun ki, akademikin çiyinlərinə düşən bu vəzifələri yerinə yetirmək çox çətinliklə üzləşməli olub. Çünki, Respublikamıza qarşı atılan böhtanlar erməni-rus birləşmələri tərəfindən separatçı vəhşilikləri və siyasi mübarizələr imkan vermirdi. Akademik T. İsmayılov Respublikamızın ərazi bütövlüyü uğrunda siyasi mübarizəyə qoşulur. T. İsmayılov güclü qüvvə olaraq cəsarətli, iradəli və əqidəsindən dönməz aparıcı siyasi liderə çevrilib mübarizələr aparırdı. Xatırlatmalıyıq ki, onun siyasi mübarizələri və baxışları 1989-cu ildə SSR-i Ali Sovetinin deputatı seçilməsinə səbəb olur. Ən ağır və dəhşətli, iztirablı və Akademikin həyatı üçün hər an təhlükələrlə üzləşməsini yaşayırdı. Bunlara baxmayaraq ermənilərin və rusların cızdığı fitnə fəsadlar planına T. İsmayılov imkan vermirdi ki, xalqımıza qarşı ağır zərbələr edilsin.
Akademikin bir məqsədi və bir amalı olan Azərbaycan Respublikasının ərazisinin bir gilə torpağından belə verilməyəcəyi dururdu. Kremldə keçirilən sesiyalarda ermənilərin yalan böhtanlarına cavab olaraq açıq aşkar Rus müstəmkələçiliyinin və mənfur xislətli Ermənilərin əsirlər boyu birləşmələrini faktlarla bildirib, soyqırımlar törədilməsini təsdiq edərək mənəvi şillələyirdi. T. İsmayılova qarşı aparılan terror hərəkətlər, təcavüzlər Akademiki qorxutmurdu əksinə daha da siyasi mübarizəsini davam edib xalq qəhrəmanı olaraq irəliləyir, düşmənin qarşısına əliyalın çıxıb cavabını verirdi. Eyni zamanda T. İsmayılovun arxasınca 8 milyon Azərbaycan xalqı iri addımlarla irəliyə doğru addımlayırdılar. T. İsmayılov əsil Xalq Qəhrəmanı idi. O, xalqının qarşısında siyasi lider kimi mübarizələr aparması Kremli vahimələrdə yaşadaraq təlatümlər keçirən vəhşi Erməniləridə qorxutmuşdur. Vahimələr keçirən Kremil T. İsmayılovun tutduğu siyasi mübarizəsindən əl çəkmək üçün əvəz edilməz ənamlar təklif edilir. Hətta SSR Ali Sovetin sədri də Akademikdən ezamiyyətə göndərilməsini və istirahət etməsini istəmişdi. Amma Akademik T. İsmayılov xalqını tək qoymayaraq Rus işğalçılarından tələbi o idi ki, heçnə ilə əvəz edilməz Azərbaycan xalqına layiq olan azadlığı və ərazi bütövlüyünü təkidlə tələb etməsi oldu. Rus işğalçıları həmin tələbdən sonra hiss etdilər ki, Azərbaycan xalqına qarşı 200 il aparılan soyqırımlar və vəhşiliklər, iradəsini sındıra nə də ki, sarsıtmayıb. SSR-i dövlətinin başında əyləşən Mixail Qarbaçov SSR-i Müdafiə Naziri Yazov və Primakov vəhşi ermənilər Akademikin çıxışından sonra növbəti planların cızılmasını planlaşdırıb qırğın törədilməsi göstərişini verir. 1990-cı il Yanvar ayı 17-si Azərbaycan xalqı çevriliş edir, Rus İmperiyasının işğalçı ordusu Bakı şəhərinə daxil olur. Xalqımız Rus işğalçı ordusunun qarşısına çıxıb dinc və günahsız insanlara yönələn düşmən güllələrinin atəş açılmamasını istəmişdir. T. İsmayılov işğalçı Rus ordusunun Azərbaycan Respublikasına göndərilməsinin əleyhinə çıxaraq Mixail Qarbaçov, Müdafiə Naziri Yazovdan ordunun geri çəkilməsini tələb edir. Vəziyyətin kəskinləşməsini hiss edən Akademik aidiyyatı olan SSR-i orqanlarına müraciət etsə də heç bir nəticə olmur. Akademikin əlacı hər yerdən üzülməsini və bu dəfə köməksiz olması, ağır narahatlıq keçirməsinə səbəb olur. Yanvarın 19-u Akademik siyasi xadimlərlə əlaqə saxlayaraq qoşunların geri çəkilməsini bildirir. Lakin T. İsmayılova ordunun əmrə tabe olması cavabı verilir. Artıq Akademik günün ikinci yarısı hiss etmişdir ki, gırğın törədiləcək. Azərbaycan xalqının da əsarətdə yaşamaq səbri tükənmişdir. Azərbaycan xalqının dönməz, əyilməz və məğlub olmaz iradəsini bilirdi. Akademik narahatlıqlar keçirib nə ilə nəticələnəcəyini düşünürdü. 20 yanvar axşam ağır zirehli texnikadan və iri çaplı silahlardan atəş açaraq Rus və Erməni terrorçuları istədiyi soyqırıma nail olub amansız insan qırğını, günahsız körpələrin güllə boran edilməsi və talanlar törədildi. Yırtıcı İmperiyanın içərisində məharətlə işləyən siyasətçi Heydər Əlirza oğlu Əliyev ağır xəstəlik keçirməsinə baxmayaraq Rus İmperiyasına öz nifrətini bildirərək Dünya dövlətləri qarşısında bəyanatla çıxış edərək ultimatum verir. Moskvada növbədən kənar plenum çağrılır. Əlləri Azərbaycan xalqının qanına bulaşan, soyqırım törədən Mixail Qarbaçov SSR-i Ali Sovetinin deputatı Akademik T. İsmayılovun plenumda iştirak etməsinə etirazını bildirir. Akademikə qarşı təzyiq və təqiblərlə üzləşsə də deputat hüququnu poza bilmirlər. Plenumun başlanğıcında 20 yanvar Şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsini istəməyən Mixail Qarbaçov və Kremli ayağa qaldırıb yad edilməsini təkidlə tələb edir. Kremli və plenumda iştirak edən deputatların ayağa qalxması T. İsmayılovun cəsarətli və təkidlə tələb etməsi SSR-i Müdafiə Naziri, qatil Yazovu, yırtıcı Polyaniçkonu və Rus İmperiyasını sarsıdıb diz çökməsini dünyaya sübut etdi.
Plenumda iştirak edən erməni baxışlı Yəhudi xislətli Avdırəhman Vəzirov artıq Moskvada idi. Bakı şəhəri hərbi komendatura tərəfindən nəzarətə götürülmüşdür. Rusiya Azərbaycan Respublikasına birinci katibi təyin etmək üçün Rusiya pərəst ideyalı kadr axtarışı apararaq Ayaz Niyaz oğlu Mütəllimovu Azərbaycan Respublikasının KP-nın birinci katibi təyin edir.
Xalqımız Rus İmperiyasının işğalçı ordusuna öz sınmaz və dönməz iradəsini göstərərək azadlığı uğrunda mübarizəsini davam edirdi. Bununla belə Rusiya pərəst siyasət yürüdən Ayaz Mütəllimovun diktə ilə idarəçiliyi daha da təhlükəli məqamlara çıxardı. 1991-ci il təhlükələri Ermənilərin Azərbaycan xalqına qarşı kəskin ərazi bütövlüyü iddiaları ilə çıxışlar edib tələb etməsi oldu. Həmin ili Moskva şəhəri Kremldə sesiya keçirilməsində Akademik T. İsmayılovun iştirak etməsinə yenə də maneələr edirdi, əsas səbəb isə həm siyasi çıxışları, həm diplomat nitq söyləməsini məharətlə bacarırdı. Və Kremli Mixail Qarbaçovu ermənilərə qarşı faktlarla ağır zərbələr endirirdi. Belə bir prosesin hər dəfə baş verməsi Rus İmperiyası üçün ağır sarsıntı ilə üzləşməsinə səbəb olurdu. Primakovun hiyləgər siyasəti nəticəsində təklif edir ki, Azərbaycan Respublikasının birinci katibi yanında Dövlət katibliyi yaradılsın və ora T. İsmayılov katib təyin edilsin. Primakovun dediyi təklif qəbul edilir və T. İsmayılov Dövlət katibi olur. Əlbəttdə ki, T. İsmayılov gözəl bilirdi ki, aparılan siyasət Akademikin çıxışlarına siyasi sədd çəkmək idi. T. İsmayılov həmin vəzifədə cəmi bir ay işləməli olur. Beləki, Akademik vəzifə uğrunda mübarizə aparmırdı. Respublikamızın ərazi bütövlüyü və xalqımızın azadlığı uğrunda, mənfur xislətli ermənilərə qarşı mübarizəsini aparırdı.
Akademik bilirdi ki, ölüm-dirim mübarizələri aparır. Dünya şöhrətli alim bununla belə yenə də iradəsini sınayaraq, Mixail Qarbaçovdan aparılan sesiyada Qarabağ ərazisini yerindəcə ölçüb biçilməsini təkidlə tələb edir. Akademikə cavab verə bilməyən Mixail Qarbaçov məcburiyyət qarşısında qalaraq razılıq verir.
T. İsmayılov Respublikamızın tanınmış bir neçə ziyalıları ilə görüşüb məsləhətləşmələr aparır. Belə qərara gəlirlər ki, Qarabağa ezam etmək və məsələni yerində həll edib son qərarı verilsin. Məsləhətləşmələrdən bir neçə gün sonra yəni 1991-ci il 20 noyabrda bir neçə tanınmış ziyalılar ilə Qarabağın Ağdərə rayonun Qarakənd kəndinə vertolyotla yola düşürlər. O, bilirdi ölümə doğru addımlayır.images Amma onu ölüm düşündürmürdü, xalqımızın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü, gələcək nəslin taleyi bunlardan asılı olduğu düşündürürdü. Həmin gün soyuq, ayazlı, küləkli və buludlu gün kimi yadda qaldı. Səmada topalaşan zəhimli buludlar belə sanki, qəzəblə lay-lay parçalanıb düşmənlərə qəzəbini bildirirdi. 1830-dəqiqədə Qarabağın Ağdərə rayonu Qarakənd kəndi yaxınlığında Türk xalqına qarşı soyqırımlar törədən ermənilər tərəfindən faciəli şəkildə tanınmış ziyalılarla birlikdə vertolyot qəzaya uğradılaraq şəhid olurlar. Respublikamıza ağır itki üz verdi. Kosmonavtika elminin açılmayan sirlərinin açılmasına müstəqil respublikamızın orbital tədqiqata yiyələnmək, kosmik monitorinqin modelini qurmaq üçün ziyalı Akademik T. İsmayılov kimi oğul bizə çox vacib idi. Çünki, Akdemik «Şəffaflıq mərtəbələri» adlanan Yer ətrafı mövcudluğunu elmi surətdə sübut etmişdir. Onun ölümü nəinki, respublikamız üçün ağır itkisi, eyni zamanda dünya Kosmik tədqiqatlar elminin ağır itkisi ilə nəticələndi. Elm haqqında «Məhəmməd peygəmbər» kəlamında deyir:
– Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar. Yaradılmış dünyada alim və Akademiklərə qarşı aparılan terrorçuluğun ölümlə nəticələnməsi, Bəşəriyyət haqsızlığa və müharibələrə cəlb edilmişdir. Dünyanın bir parçasında yerləşən Azərbaycan Respublikasının Qarabağ ərazi bütövlüyünə qarşı aparılan haqsızlıqlar dünyanın bir nömrəli problemi olaraq qalır. Akademik dünyanın çırağı olub Qarabağ uğrunda sülhün və əminamanlıq uğrunda mübarizələrini davam edərək axirətin nuruna qərq oldu.
– İki şəxs doymaq bilməz elm təşnəsi, dünya malı hərisi. O, dünya malı vəzifə hərisi deyildir. Dünyanın bir parçasında yerləşən Azərbaycan respublikasının ərazi bütövlüyü, xalqının azadlığı və elmi-texniki tərəqqilərin inkişaf edilməsində elm təşnəsi hərisi idi.
– Elm öyrənən zaman birini ölüm haqlayarsa, o şəhid sayılır. T. İsmayılov elmi öyrənən zaman onun taleyinə vaxtsız ölümün haqlaması yazıldı. Kainatın açılmayan sirlərini açdı. Açılmayan sirlərin açılmasına ölümün haqlaması imkan vermədi. O, vətəni, xalqının azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda şəhid Azərbaycan xalqının xalq qəhrəmanı oldu.
– Ömrünü elmə sərf edən adam heç vaxt ölmür. Akademik T. İsmayılov ömrünü elmə sərf etdi. Akademikin Kosmik Tədqiqatlar elmində dünya elmləri sırasında birinci yerdə adı həkk edildi. Onun nəticəsi olaraq həmin illərdə tanınmış dünya şöhrəlti siyasətçi Heydər Əlirza oğlu Əliyevin uzaqgörənliyi nəticəsində öz sözünü yırtıcı imperiyaya deyib Kosmik Elmi Tədqiqatlar İnstitutunun yaradılmasına nail oldu və T. İsmayılovu direktor təyin etdi. Başı batsın, üzü qara olsun ölümün. Ölüm öldü lakin həyatını elmə həsr edən T. İsmayılov ölmədi: o bu gündə yaşayır, sabah da yaşayacaq. Deyirlər torpağın üzü soyuq olur. Əfsuslar olsun ki, mərhum T. İsmayılov 15 ildir maddi dünyadan ruhi dünyaya qovuşmuşdur. Akademik və onunla bərabər vertolyot qəzasına faciəli şəkildə uğrayanların adlarına nə şəhid adı verilməsi nədəki əbədiləşməsi olmuşdur. Tarixin alınmayan qisası, açılmayan sirləri sirr olaraq qalmaqdadır.
Azərbaycanın görkəmli övladı, ziyalı mərhum Akademik Tofik Kazım oğlu İsmayılov və onunla bərabər vertolyot qəzasına uğrayaraq, faciəli şəkildə şəhid olmuş ziyalılarımız cəmisinə Allahdan rəhmət diləyir və qəbirləri nurla dolsun, – ruhları şad, yerləri cənnət olsun deyirik. Sizin xatirəniz önündə daima baş əyirik.
P.S. Akademikin rəhbəri olduğu KTEİ-nin yüksək potensiyala malik cihazlarla təhciz edilmişdir. Həmin cihazlardan istifadə edilməsi Kosmik kadrların hazırlanması və laboratoriyada quraşdırılmış aparaturalar Kosmik elmi tədqiqatların aparılmasına yüksək səviyyədə cavab verirdi. Bəs Akademikin ölümündən sonra KTEİ-nin taleyi necə oldu. Əfsuslar olsun ki, təhciz edilmiş cihazlar səmərəli Kosmik tədqiqatlar elminin öyrənilməsində istənilən səviyyədə cavab verməsinə baxmayaraq KTEİ-nin adı qalaraq cihazlar məhf edildi.
Məhəmməd Peyğəmbər deyir: – Elmi beşikdən qəbrədək öyrənin. Biz birlikdə dolu əbədi həyata nail olmağa ciddi yanaşmalıyıq. Nə üçün bunlar unudulmuşdur.
Sadəcə olaraq bizi aldadan kor təbii siyasi oyunların və ucaldılan göydələnlər valeh edir. Hərçənd göydələnlərin ucalmasını istəsək də, onlarda əbədi yaşaya bilməyəcəyik. Çünki, insanlar maddi dünyada yaşamasına baxmayaraq ruhi dünyaya köç edir. Eyni zamanda KTEİ-nin ərazisində Kosmik kadrların hazırlanması üçün laboratoriya inşa edilməsi beşikdən qəbrədək elmin öyrənilməsinə çata bilərdik. Bu gün həmin ərazi şumlanıb. Kosmik elminin inkişafına ağır zərbə vurmaqdan başqa bir şey deyil. Elm dünya durduqca duracaq və yaşayacaq, gələcək nəslin isə Akademik T. İsmayılov kimi oğlu yetişməsi sual doğurur.