Mobil operatorların qurbanı olan vətəndaşların sayı günbəgün artır


1413300388_1406072785_bakcell“Bakcell” dələduzluqda ittiham olunur
Mobil operatorların qurbanı olan vətəndaşların sayı günbəgün artır.
Bakı şəhər sakini Kəsəmənli (Məmmədzadə) Teymur Məmməd oğlu açıqlamasında “Bakcell” şirkətinin pulsuz GOLD peşakar kart xidmətindən istifadə etmək arzusunun gözündə qaldığını bildirib. Onun sözlərinə görə, şirkət pulsuz GOLD peşakar kartı bir ay limitsiz olaraq işlətməyi vəd etsə də, cəmi bir neçə gündən sonra vətəndaşı soyur. 

Iskramagazine.wordpress.com redaksiyasına ünvanlanan şikayətin bir nüsxəsi də Bakcell şirkətinin rəhbərinə göndərilib.

Hörmətli Bakcell şirkətinin rəhbəri.
Mənə, Kəsəmənli (Məmmədzadə) Teymur Məmməd oğluna ” İdeal ” Sülhün Təbliği fondunun sədri Əlikram Müzəffər tərəfindən pulsuz GOLD peşakar kart verildiyini bildirirəm. O, bunun əvzində məndən şəxsiyyət vəsiqəsinin surətini təqdim etməymi istədi. Mən ehtiraz etmədən sənədin surətini ona təqdim etdim. Ehtiyac olmadığı ücün Bakcell mobil 055 440 71 39 nömrəsi necə il istifadəsiz qaldı. Bir müddət sonra mən həmin Bakcell nömrəsinə – 055 440 71 39 –a 10 manat yüklədim. Yüklədikdən sonra göstərilən məbləğdən bir necə saat sonra Bakcellin satış kartının pulu tutuldu. Bundan sonra hər ay 50 qəpik, bir necə aydan sonra internetdən istifadəyə görə balansdan tutulmalar edildi. İstifadə etdiyim mobil telefonu internet resurslarından istifadə edilmədiyi halda, balansımdan pul tutulmuşdur və əlavə aylıq borc ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
Bu haqda Bakcell müştəri xidmətlərinə rəsmi müraciət etdim. Bir necə aydan sonra şikayət ərizəmə verilən cavab məni qane etmir. Onuda qeyd edim ki, mənə verilən nömrənin hec bir müqavilə şərtləri ilə tanış olmadığımı şikayət ərizəmdə qeyd etmişəm. Bununla əlaqədər Nizami kücəsində yerləşən xidmət mərkəzində oldum və orada mənə rəsmi məktub təqdim etdilər.
Məktubda qeyd olunur ki, Müştəri xidmətləri şöbəsinin müdri İrina Şatskaya tərəfindən göstərilən iradlara ” İdeal ” Sülhün Təbliği Fondunun sədri cavab verməlidir. Fondun sədrinə nömrə alışı müqaviləsindən bixəbər olduğumu və müqavilənin fondun rəhbərində olmasını məktubda qeyd edildiyini vurğuladım. Fondun sədri Əlikram Müzaffar təkidlə müqavilədə ciddi bir anlaşma olmadığını söylədi. Maraqlıdır, əgər doğrudan da müqavilədə anlaşmalı bir şey yoxdursa, nə ücün müştəri kimi məndən gizlədlir? Əgər müqavilə şərtləri ilə əvvəlcədən məni tanış etsəydilər, şübhəsiz mən belə oyuna getməzdim.
Burada tərəflərin bir müştəri kimi mənimlə münasibətdə karusel üsulu ilə ötür-ötür oynuna son qoyulmasını, obyektivlik naminə mənə dəymiş ziyanın ödənilməsinə köməklik göstərmənizi xahiş edirəm.
Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm!
“İSKRA” jurnalının baş redaktoru : Kəsəmənli.T.M