Qızılgülün nağılı.


1381_nCığatel Şairə

Bir qış günü bir bülbül
Bağda nəğmə oxudu,
Günəş də coşa gəlib,
Aləmə nur toxudu.

Oxuduqca, oxudu,
Bu nəğməkar, anadil
Quşcuğazın səsindən
Eşqə düşdü qızılgül. .

Elə bildi bahardı,
Çağladıqca çağladı,
Unudub yayı, qışı,
Günəşə bel bağladı.

Möcüzəydi, qızılgül
Elə bil cana gəldi,
Qızardı, gövdəsində
Damarı qana gəldi..

Göründü budağında
Bir tumurcuq tazə-tər,
Əsdi, coşdu, titrədi,
Qəzəbləndi fəsillər. .

Bahar gözünü süzdü,
Payızın rəngi qaçdı,
Görmürsənmi-dedi-yay,
İndi şaxtalı qışdı..

Bülbülə nə var axı,
Hər an oxuya bilər,
Sənli-sənsiz hər gülü,
Gedib qoxuya bilər. .

Alıb ağlını əldən
Bu vəfasız quşcuğaz,
Ey təbiət gözəli,
Qışda çiçək açılmaz!

Qızılgül dilə gəldi:
Toxunmayın amandı,
Qoy açılsın çiçəyim,
Son ümid, son gümandı…

Qızılgül dinər-dinməz
Ağzında qaldı sözü,
Günəş çəkildi , getdi,
Buludlandı göy üzü..

Qopdu tufan, çökdü çən,
Göylərdən qar ələndi,
Göz gözü görməz oldu,
Aləm ağa bələndi..

Bülbül döndü yuvaya,
Boylanmadan geriyə,
Güvənərək səsinə,
Özünü öyə-öyə..

Bir ah çəkdi qızılgül,
Açılmadı çiçəyi,
Soyuq qarın altında
Qaldı körpə ləçəyi..

Bir də günəş o yerdə
Şöləsini saçmadı,
Elə dondu tumurcuq,
Baharda da açmadı.!!!