Söz bişirmişəm..


1526858_1534045540171544_1632989321751801344_nCığatel Şairə
Sevgimin yasına gəlin , dostlarım,
Hərəniz bir damla göz yaşı verin.
Üreyimdə basdırmışam eşqimi,
Qəlbimə yerləşən baş daşı verin..

Ona rəhmət, mənə səbr diləyin,
Tutun, əllərimdən aparın məni,
Uşaq kimi yayındırın fikrimi,
Bacarsaz, özümdən qoparın məni..

Danışın, Əslidən-Kərəmdən deyin,
Atın eşq oduna, yandırın məni,
Deyin belə olur əbədi sevgi,
Yalandan, gerçəkdən qandırın məni..

Sevgimin yasına gəlin, dostlarım,
Ehsan paylayıram, söz bişirmişəm,
Soyumur, hər zaman yeyiləsidir,
Bağrımın başında köz bişirmişəm! ..