TÜRKÜK


545_nPərviz Əkbər
Dünyaya yayılmışıq ta ki əzəldən.
Qılıncı qan ilə, boyayan Türkük.
Nahaq qan tökmədik, daha təməldən.
Haqqı hər yerdə biz, arayan Türkük.

Başçının qanundur, hər sözü bizdə.
Başçı öndə gedər, çün özü bizdə.
Atilla, Teymur Ləng, Çingizi biz də.
Dünya Xanı edən, qoruyan Türkük.

Türk üçün, Türkə görə, türk tərəfindən.
Dünya, gücün yetir, çək hədəfindən.
Dünyaya hökm edəcək, çıxsa kefindən.
Neçə ildir, yuxuda uyuyan Türkük.

Qalxıb Bozqurd enə, Tanrı dağından,
Türkü qutlu edər, Tanrı doğandan.
Türklər Meydanlara çıxsa axından.
Düşməni dənizə dayayn Türkük.