BİLAL HÜSEYNOV


Bilal İsgəndər oğlu Hüseynov 435_n
1934-cü il 1 yanvarda Qazax rayonu Kəsəmən kəndində anadan olmuşdur.1951-ci ildə Qıraq Kəsəmən kənd orta məktəbini bitirdikdən sonra ikiillik Qazax Müəllimlər İnstitutnun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin məktəbi bitirərək, Samux rayonu Hacallı kəndində yeddiillik məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

1956-cı ildə Bakı şəhərinə gəlmiş və həmin ildən 107 saylı orta məktəbdə müəllim işləmişdir.  Bilal müəllim eyni zamanda 1956-60-cı illərdə qiyabi olaraq Azərbaycan Dövlət Pedoqoji Unverstitetinin fizika-riyaziyyat fakültəsini də bitirmişdir. 1959-cu ildə Bakı şəhəri Puta qəsəbəsindəki 184 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1961-84-cü billərdə Bəkı Şəhər Qaradağ Təhsil Şöbəsinin müdiri, 1984-86-cı illərdə Bakı Şəhəri Baş Təhsil İdarəsində inspektor, 1986-94-cü ildə yenə BBTŞ-ni kadrlar şöbəsinin müdiri, 1994-cü ildən sonra isə həmin idarədə kadrların seçilməsi və hazırlanması üzrə inspektor vəzifələrində çalışmışdır.

O, işlədiyi müddətdə dəfələrlə Qəsəbə və Rayon sovetinə deputat seçilmiş və dövrü mətbuatda onlarla məqalə ilə çıxış etmişdir. Bilal müəllim fəaliyyəti dövründə onlarla pedoqoji texnoloqların və rəhbər kadrların hazırlanmasında yaxından iştirak etmiş və bu mövzuda yüzlərlə məruzə oxunumş, qəzet, jurnallarda onlarla məqalələri dərc edilmişdir. Bilal Hüseynovun fəaliyyəti tək marifçiliklə məhdudlaşmır. Onu insanlar həm də bir xeyriyyəçi kimi də tanıyırlar.
O, bir çox kəndlərə qaz, su çəkilməsində, məktəb tikintisində yaxından köməklik göstərmişdir. Bilal müəllimin məktəbə və təhsilə bağlı bir insan olduğunu hər bir kəsəmənli bilir. Çünki o, kəndə hər gəlişində Qıraq Kəsəmən məktəbində olur və buradakı müəllim, şagird kollektivi ilə görüşür, onlarla söhbət edir. Bilal Hüseynovun fədakar maarifçi fəaliyyəti daim dövlət tərəfindən də yüksək qiymətləndirilmiş Beləki o, bir çox titullarla “Əmək Veteranı”, “Əməkdə Fərqlənmə Medalı”, “Qabaqcıl Marif İşçisi Döş nişanı”, “SSRİ-nin Qabaqcıl Maarif Əlaçısı Döş Nişanı” ilə təltif olunmuşdur.
Hazırda Bilal müəllim təqaüdçüdür və “Qala Bozu Xeyriyyə Cəmiyyətinin” təsisçisi, sədridir.