Azərbaycan masonlarının başçısı kimdir?


ScRcHDag9rESon zamanlar dünyada və ölkəmizdə mason sözünə tez-tez rast gəlinir. Onların əlinin bir çox mühüm siyasi, iqtisadi proseslərdə olduğu iddia edilir.
Ölkə.Az xəbər verir ki, ölkəmizdə də bir neçə ildir ki, Azərbaycan Milli Böyük Lojası fəaliyyət göstərir.Masonlar haqqında məlumatlar bir o qədər geniş olmasa da, müəyyən zamanlar yerli və xarici mətbuat orqanlarında bu barədə az da olsa məlumat əldə etmək və lojanın fəaliyyətini izləmək olar.
Azərbaycan Milli Böyük Lojasının rəsmi internet səhifəsi hələlik yeganə tutarlı mənbələrdən biri hesab olunur.
Lojanın rəsmi saytında bildirilir ki, Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Washington D.C-də qəbul olunmuş “Azerbaijan Lodge No.2001” yaradılması ilə başlayıb.
2003-cü ildə Washington D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə götürülən “Xəzər Lojası No.1000” layihəsi yaradılıb.
Qeyd olunur ki, 5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin toplantısında Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyət arasında Parisdə toplantı oldu və Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.
Görüşün sonunda isə protokol imzalandı və növbəti həftə, yəni 9 dekabrda Bakıda ithaf üçün razılıq əldə edilib. 9 dekabrda Azərbaycan Milli Böyük Lojasının təşkilatı toplantısı çağırılıb və Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyət ilk Hörmətli Böyük Ustad elan olunub.
wCyBiwH1R3kQeyd edək ki, hal-hazırda Azərbaycanda aktiv şəkildə üç loja fəaliyyət göstərir: Azerbaijan Lodge No.1, Drugba Lodge No.3, Baku Lodge No.4. və Azərbaycan Milli Böyük Lojasının ümumillikdə 102 üzvü var.
Bəs Azərbaycan Milli Böyük Lojasının başçısı kimdir?
Az öncə haqqında danışdığımız Robert Bağır Heyət bu gün də Lojaya başçılıq edir. O,1938-ci ildə Təbrizdə anadan olub və gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib.
Amerikada ticarət fəaliyyətinə başlayan Bağır Heyət ABŞ vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub. Bağır Heyət masonluq fəaliyyətinin ən aktiv mərhələsini Rumıniyada keçirib.
Mənbələrdən birində qeyd olunur ki, o, Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türk dilli Nur Lojası və Azəri Lojasının qurulmasında fəal iştirak edib.
19 dekabr 2006-cı ildən isə Bağır Heyət Vaşinqtondakı lojaların mərkəzi sayılan Kolumbiya Dairəsi Böyük Lojasıına başçılıq edən Hörmətli Böyük Ustad adını daşıyır.
2008-ci il tarixində isə Robert Bağır Heyət Azərbaycan Milli Böyük Lojasını təsis edərək Lojaya başçılıq edib. Robert Bağır Heyət ailəlidir. 2 qızı və 1 oğlu var.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının sonlarında Bakıda Masonların Ali Lojasının toplantısı keçirilmişdi. Toplantıda masonluğun vacib ritualı olan installiatsiya (quraşdırma) həyata keçirilmişdi.
Masonluqda bu, Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Yayda Azərbaycan mason lojasından yeni Ali Ustad Araz Kanzas bu mərasimdən keçmişdi.
Məhz “Şirvanşah” restoranında baş tutan həmin mərasimə gələn qonaqlar sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu olan Andrey Boqdanov, Azərbaycanda mason lojasının rəhbəri və bünövrəsini qoyan Bağır Heyət də yer almışdı.