Anna Bartkulaşvilinin 60 illik yubileyi qeyd edilib


Untitled_15Qənirə Paşayeva: “Anna xanım Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrin inkişafında çox böyük işlər görmüş və öz yaradıcılıq töhvələrini verib”Atatürk Mərkəzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü,“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və SOCAR-Georgia şirkətinin təşkilatçılığı ilə tanınmış şair, publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə ziyalılar, millət vəkilləri, elm adamları və media nümayədələri iştirak edib. 

417Tədbiri açan millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva nitqinə tədbirə gələn qonaqları salamlamaqla başladı : “ Bu gün biz bura çox hörmətli yazar, şairə, tərcüməçi və publisist bir xanımın yubiley tədbirinə yığılmışıq. Təbrikə həm də “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, həm Mətbuat Şurası, həm də Yazıçılar Birliyi gəlib. Həmçinin Gürcüstandan 10 nəfərlik nümayəndə heyəti də tədbirdə iştirak edir. İraqdan gələn qonaqlarımız da var. Hər biri Anna xanımı təbrik etmək üçün bura təşrif buyurub. Mən də öz növbəmdə Anna xanıma təbriklərimi çatdırmaq istəyirəm. Əslində Anna xanımın 60 yaşı tamam olur, amma onun qəlbi, ruhu və görünüşü hələ gənc bir xanımı xatırladır. Bu xanım çox fərqli bir xanım və ziyalıdı, şeirləri, publisistik əsərləri və tərcümələri var. Həmçinin Anna xanım Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrin inkişafında çox böyük işlər görmüş və öz yaradıcılıq töhvələrini vermişdi. Anna xanım bir şairə, bir publisist olmaqla yanaşı, həm də çox gözəl və təcrübəli bir tərcüməçidir. Həm bizim yazıçı, şairlərin əsərlərini gürcü dilinə, həm də gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib və bir yaradıcı insan gözü ilə öz süzgəcindən keçirib. Həmçinin Anna xanım beynəlxalq tədbirlərdə, beynəlxalaq tribunalarda Azərbaycanın, Qarabağın haqq səsini ucaltmış və daima da Azərbaycanı öz vətəni saydığını bildirmişdi. Bu xanım Azərbaycana təhsil almağa gəlmiş, amma bir Azərbaycan gəlini olaraq həyatına davam etmişdi. Mən Anna xanımı 60 illik yubileyi münasibətilə təbrik edirəm və hər zaman da belə yaradıcılıq ruhu ilə qalmanızı arzu edirəm. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun adından Azərbaycan-Gürcüstan mədəni əlaqələrində göstərdiyiniz xidmətlərə görə sizi təltif etmək istəyirik. Mən bir daha sizi təbrik edirəm və yaradıcılıq yolunda bol şanslar diləyirəm” .
Mətbuat Şurasının sədri Əflatun Amaşov Anna Bartkulaşvilini təbrik edib və öz ürək sözlərini səsləndirib : “ İnsan ilk növbədə özünə qiymət verməyi bacarırsa, demək ətrafında olan insanlar da ona qiymət vermyi bacaracaq. Həmçinin də qeyd edim ki, yaxşı və layiqli iş hər zaman qiymətləndirilir. Bu xanımın yaradıcılığı və iş fəaliyyəti hər kəs tərəfindən çox yüksək şəkildə qiymətləndirilir. Anna xanım həm filoloq, həm şairə, həm tərcüməçi olmaqla yanaşı, həm də bir jurnalistdir. O, həm Azərbaycan, həm də Gürcüstan ədəbi əlaqələrində çox böyük işlər görmüş və yenə də bu işləri davam etdirir “ .
Millər vəkillərindən Əsabil Qasımov, Flora Qasımova da öz təbrik və xoş sözlərini səsləndirib. Millət vəkili Flora Qasımova Anna xanımın Azərbyacan-Gürcüstan mədəni əlaqələrində olan xidmət və rolundan danışıb : “ Mən fəxr edirəm ki, Anna xanım Azərbaycanı özünə ikinci bir vətən seçib və daima da layiqli şəkildə təmsil etməklə məşquldur” .
Tədbirdə iştirak edən Gürcüstandan olan nümayəndə heyəti də Anna Bartkulaşvilini yubiley münasibətilə təbrik etmiş və onun Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrini yüksək qiymətləndirmişdi.Bildirilmişdi ki, belə bir yüksək səviyyəli tədbirin Bakıda keçirilməsi özünün ikinci vətəni saydığı Azərbaycanın Anna Bartkulaşvilinin yaradıcılığına verdiyi yüksək qiymətdir, bundan sonra da Anna Bartkulaşvilinin iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyinə ümidvar olduqlarını qeyd etmişlər.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu da təbirdə işrak edib və Yazıçılar Birliyinin sədri Anarın və Fikrət Qoca, Çingiz Abdullayev, Söhrab Tahir, Nəriman Həsənzadə kimi ziyalılar adından Anna xanıma təbrik məktubunu təqdim edib.
Daha sonra İraqdan gələn nümayəndə, millət vəkili, şair Fevzi Əkrəm Tərzioğlu söz üçün səhnəyə dəvət olunur. Fevzi Əkrəm İraq Yazıçılar Birliyi adından Anna xanıma öz təltifini təqdim edir. “ Mən burdan Anna xanımdam bir xahiş etmək isrtəyirəm. Anna xanım, dəyərli zamanınızdan bir az da bizim Kərkük ədəbiyyatına ayırıb tərcümələr etmənizi istərdim. Bu da bizim üçün çox önəmli bir hadisə olardı. Bu da İraq-Gürcüstan mədəni əlaqələrinə bir töhvə kimi də qiymətləndirilərdi”.
Tədbirdə “Dədə Qorqud” fondununun rəhbəri Eldar İsmayılov da iştirak edib və öz ürək sözlərini səsləndirib. Həmçinin Anna xanıma xidmətləriə görə təltif də təqdim edib.
Daha sonra şair-tərcüməçi səlim Babullaoğlu, Bədriyyə Axundova, Fəxrəddin Meydanlı, Lalə Quliyeva, Teymur Kəsəmənli, Eluca Atalı, Yusif Dirili və başqaları çıxış edib öz təbriklərini səsləndiriblər.
Tədbirin sonunda Anna Bartkulaşvili gələn qonaqlara öz təşəkkür və ehtiramını ifadə etdi.