YURDUN ADINI UCALDANLAR.


418_nÜZEYİR ÇƏNDİRLİ. Üzeyir Ələkbər oğlu Çəndirli 1931-ci il 25 avqustda Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. O, 1948-ci ildə Ağstafa Dəmiryol Məktəbini bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur və 1952-ci ildə oranı bitirmişdir. 1952-ci ildə Şəmkirdə aptek müdiri kimi əmək fəaliyyətinə başlayan Üzeyir Çəndirli 1953-cü ildə hərbi xidmətə yollanır və Rusiyanın Arangelsk-Murmansk hərbi dairəsində hərbi həkim kimi xidmət edərək, 1961-cü ildə mayor rütbəsi ilə tərxis olub, vətəninə qayıdır. O, 1961-67-ci illərdə Ağstafada, 1967-69-ci illərdə Qazaxda aptek müdiri vəzifələrində çalışmışdır. 1969-cu ildə Baş apteklər idarəsində müfəttiş kimi, 1970-78-ci illərdə Gəncəbasar zonası üzrə aptek müdiri kimi fəaliyyət göstərən Üzeyir Çəndirli, 1978-80-ci illərdə Baş Apteklər İdarəsinin müdir müavini, 1980-85-ci illərdə isə Mərkəzi Apteklər Bazasının müdiri vəzifələrində çalışmışdır. Üzeyir Çəndirli 1989-cu il 31 dekabrda vəfat etmişdir.