Şıxlinski Cavad bəy


258_nŞıxlinski Cavad bəy Məmməd ağa oğlu 3 yanvar 1874-cü ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya gəlmişdir. Rüstəm bəy Şıxlinskinin qardaşı, general-leytenant Əli ağa Şıxlinskinin qardaşı oğludur. Tiflisdəki zadəganlar üçün kadet korpusuna oxumağa göndərmişdir. Sonra Peterburqda Mixaylov Topçuluq Məktəbində oxumuş, 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olmuşdur. Azərbaycan Demokratik Cümhuriyyəti (ADR) dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərmişdir. 1918-ci ildə yenicə yaradılan Milli Ordunun 1-ci diviziyasına komandan təyin edilmiş, 1919-cu ildə onun komandanlığı altında nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizləmişdir. Generalın başçılıq etdiyi 1-ci piyada diviziyası 1919-cu ilin sonlarında Gəncədə yerləşirdi, 3 alaydan və 3 taburdan ibarət idi. 1920-ci ilin mayında Cavad bəy istilaçı XI Qızıl Orduya və sovet hakimiyyətinə qarşı Gəncədə qalxan üsyana başçılıq etmişdir. O, hərbi dəniz komissarı Çingiz İldırım və Azərbaycan bolşevik ordusunun müvəqqəti qərargah rəisi general Əbdülhəmid Qaytabaşının hərbi əməliyyatlar zamanı XI Qızıl Ordunun komandanlığına tabe olmaq haqqında əmrlərini yerinə yetirməkdən boyun qaçırmış və Gəncə üsyanını davam etdirmişdir. Üsyan yatırıldıqdan sonra Cavad bəy Tiflisdən keçməklə İrana mühacirət etmiş, 193-ci ildə İranda Ərdəbil qarnizonunun komandanı olmuşdur. Sonralar Türkiyəyə köç edərək, ömrünün sonlarınadək orada yaşamış və 1959-cu ildə 84 yaşında Türkiyədə dünyasını dəyişmişdir.

A.V.F