“Milli mənəvi dəyərlərimizi qəbul etməliyik”


118Teymur Kəsəmənli:

1.Ölkədə demokratik cəmiyyətin inkişafını əngəllədən səbəblər hansılardır?
Ölkədə demokratik cəmiyyətin inkişafını əngəllədən səbəblər ondan irəli gəlir ki, xalqı daim kölədə yaşatmaq lazımdır ki, hakimiyyətin uzun hökmüranlığı inkişaf etsin. Doğrudur respublikada demokratik inkişaf və cəmiyyətdən danışılır və bu ad olaraq yaşamaqdadır. Reallıq isə odur ki, məmur ordusu demokratik cəmiyyətin inkişaf etməsindən daim ehtiyatlanırlar. Ona görə də hakimiyyət başında əyləşən məmur ordusu istədiyinə nail olmaq ücün demokratik cəmiyyətin formalaşmasına əngəllər yradırlar. Demokratik cəmiyyət inkişaf edərsə insan haqları və söz azadlığı, korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının qorunması, vətəndaş cəkinmədən tapdalanan hüquqlarını qoruya biləcəkdir. Yaşadığmız Azad və demokratik dövlət adlanan respublikada məmur ordusunun öz başnalığı bu gün demokratik cəmiyyətin inkişafına acıq-aşkar nəinki əngəllər törətməklə, eyni zamanda şovinist adlandırdığmız kecmiş sovetlər birliyindən betər demokratiyanın əsarətçiliyini yaşatmasıdır. Məmur ordusunun ailəvi vəzifələrin ilhaq edilməsi, uşaqları tərəfindən bilərəkdən cinayət və qanun pozuntularına məhəl qoymadan istədiklərinə nail olmasıdır. Xalqa layiq olmayan yaşayış tərzinin tətbiqi, pensiyacı və vətəndaşların cüzi maaşla təmin edilməsi məmur ordusunun avropada təyyarəsi və mülklərə sahib cıxılması məhz demokratik cəmiyyətin boğulmasına səbəb olub inkişafı əngəlləyir. Təəssüf hissiylə bildirirəm ki, gənc nəslin demokratik dünyaya baxışları sivil düşüncəli olmaqla liberal demokratiyaya layiqdirlər. Məmləkətdə formalaşan gənc nəsil demokratiyanı anlamasına baxmayaraq diktator idarəciliyi gənclərin demokratik islahatlardan məhrum edilməsinə xidmət edir. Gənc nəsil gələcəyin aparıcı qüvvəsi olaraq söz azadlığı və insan hüquqları uğrunda diktator idarəciliyə qarşı cıxarkən haqsız olaraq polis zopasına, zorakılığa və təqiblərə tuş gəlirsə qorxu xofu heç bir vaxt demokratik cəmiyyətində inkişaf etməsi mümkün deyil. Ona görə ki, gənc nəsilə tətbiq edilən zorakılıqlar insan pisixologiyasında qorxu xofu yaradır və allah eləməsin ki, bu qorxu xofu gənclərin hissiyatlarında məskən salsın. Belə bir mənfur pisxologiya gənclərin düşüncəsində baş qaldırarsa gələck nəslin ömrü boyu əsarətçilik ideyasında olub qalan topraklarımızında itrilməsi baş verəcəkdir.
Məsələn: Dağlıq Qarabağ müharibəsi genosid ermənilər tərəfindən 30 ilə yaxındır ki, işğal edilib. Dağlıq Qarabağdan qacqın salınan vətəndaşlarımız respublikanın fərkli yerlərində məskunlaşması və artıq iki nəslin gördüyü diktator idarəciliyində yaşaması nəinki demokratik inkişafa layiq olacaq eyni zamanda QARABAĞ anlayışı olmayıb zəbt edilən topraklarımızın azadlığını belə düşünməyəckələr. Eyni zamanda Dağlıq QARABAĞIN həlli istiqamətində aparılan danışıqlar nəticəsiz olaraq həllini tapa bilməyəcəkdir. Belə bir inkişafın yaşanması beynəlxalq aləmə öz təsirlərini əsirgəmir. Dağlıq Qarabağın azadlığı və münaqişələrin həllinin tapılmamsı problem olaraq qalmasına baxmayaraq ölkədə demokratik islahatların aparılmaması gələcək nəsillər ücün ciddi fəsadlar törədəcəkdir. Respublikanın prezidenti hər cıxışlarında bildirir ki, ölkəmiz müharibə şəraitində yaşayır.
Maraqlı cıxışdır elə deyilmi?
Bildirdiyi müharibə şəraiti fəqət aşağı təbəqəyə tətbiq edilməklə demokratik cəmiyyətin əsarət və tatalitar idarəciliyi ilə əvəzlənir. Müharibə şəraiti olan ölkənin məmur ordusunun ailələri avropda və məmləktdə demokratik şəraitdə inkişaf edirlər. Acınacaqlı haldır ki, müharibə şəraitini ilk olaraq məmur ailəsinə şamil edilməklə sərhəd bölgəsində məskunlaşmalı müharibə qurtarana qədər orada yaşamalarını qəbul etmirlər. Belə bir həmrəyliyin inkişaf etdirilməsi demokratik cəmiyyətin inkişafı deyil, daxili əngəllər yaradır. Bu günə qədər Dağlıq Qarabağın azad edilməsi qaranlıq günəşə çevrilb. ABŞ və ATƏTİN Minsk qrupu da ərazimizin azad edilməsində öz acizliyini nümayiş etdirməsinin əsas səbəblərdən biri məhz demokratik islahatların yoxluğudur. Digər tərəfdən isə AŞPA respublikada demokratik cəmiyyətin inkişafı olmadığını dilə gətirməklə xəbərdarlığını edir. Təəccüblü haldır ki, AŞPA da 20 ilə yaxındır ki, iyrənc və qeyri ənənəvi idarəçiliyə xəbərdarlıq etməsinə baxmayaraq sonda diktatorcularla razılıq missiyasını gizlədə bilmir. Əməldə isə görüləcək və tətbiq ediləsi iş mexanizmi işə salınmır. Respublikada demokratik cəmiyyətin inkişafı olsaydı Dağlıq qarabağın azadlığına nail olardıq. Demokratik cəmiyyətin inkişafı respublikanın ərazi bütövlüyü, elmi-texniki tərəqqiləri inkişaf mərhələsində olub həlli taplmayan, gərginlik yardan problemlər həll edilərdi. Bəli xalqımızı Azadlıq və Demokratiya adı altında əsarətdə yaşatmaqla diktator idarəciliyi nə demokratik cəmiyyətin inkişafını quracaq nədə ki, işğalda olan topraklarımızı azad edə biləcəyik.
2.Bəzi ekspertlər vurğulayırlar ki, milli mənəvi dəyərlərə qayıdış, bu dəyərlərin inkişafı demokratik mexanizmə mənfi təsir edir. Bu nə dərəcədə düzdür?
Maraqlı fikirdir. Ekspertlər demokratik cəmiyyətin inkişafının əngəllənməsini görə bilsəydilər zənimcə belə bir ifadəni işlətməzdilər. Dünyada mövcud xalqların yaşayışı tarixini, dili isə mədəniyyətini yaşadır. Dövlətçilik də məhz milli mənəvi dəyərlərdən qurulur. Necə ola bilər ki, milli mənəvi dəyərlər demokratik hərakata təsir etsin? Əksinə milli mənəvi dəyərlərimiz demokratiya Xalq hərakatı olub müstəqil söz azadlığı və insan hüquqlarının qorunub saxlanmasıdır. Xaqanlarımız və imperiyalar olmasına baxmayaraq milli mənəvi dəyərləri dövlətini və idarəçiliyi möhkəmləndirir. Lakin milli mənəvi dəyərlər respublikamızdan yasaklanıb və məlum olmayan dəyərlər 20 faizdən cox topraklarımızı və xalqımızı öz ev – eşiyindən genosid ermənilər tərəfindən əsir aparılması, bu günə qədər də onların əllərində olmazın oyuncağına cevrilməsi məhz milli dəyərlərimizin yoxluğudur ki, var. Demokratiyanın yoxluğu və dilmizdə səsləndirməklə süni yaşayan demokratiya ilə əvzlənməsi balanslaşmanı bacarmadığmız halda milli mənəvi dəyərlərimiz bizə mənfi təsir edilməsi kimi qəbul edilir. Azərbaycan dövlətində çalışan məmur ordusu milli mənəvi dəyərlərimizi bilərəkdən aşağılatması demokratiyanın istilasıdır. Götürək yerli televiziya kanallarını.Verilən verlişlərin hec biri milli mənəvi dəyərlərimizə uyğun deyil və bütünlükdə mənəvi dəyərlərmizin təhqir edilməsidir. Televizya kanallarında milli vətənpərvərlik, verlişlərin və cıxışların hazırlanıb ardıcıllıqla verilərsə əlbətdəki liberal demokratiyaya və geniş xalq hərakatına, güclü nizamlı milli ordusu olub topraklarımızın ərazi bütövlüyü qorunardı. Baxmayaraq ki, respublika prezidenti bildirir ki, lazım gəlsə hərb yolla topraklarımızı azad etməyə qadirəm deməsi sual doğurmazdı. Fikir verin müstəqil demokratik respublika adlanan dövlətin daxilində milli ordunun əsgəri biri-birinə qarşı fərkli təcavüzlər nəticsində gənc əsgərlər dünyasını dəyişmişdir. Milli ordumuzda milli mənəvi dəyərlərimizi əsgər və zabitlər lazımınca anlasaydı daha güclü nəticələrə, ordu quruculuğuna gətrib cıxarardı.Əfsuslar olsun ki, demokratiya milli mənəvi dəyərlərdən uzaqlaşdırılması nəinki orduda milli mənəviyatmıza, eyni zamanda sərhəd bölgəsində genosid ermənilər tərəfindən günahsız güllələnən körpə uşqalarımızın batrılan qanı yerdə qalmazdı. Genosid erməni tərəfindən dəfələrlə mənaviyatmızın təhqir edilməsi, dövlətmizin gerbi, bayrağı və şəhidlərmizin ruhuna söyüşlər edilməsini görürük. Acnacaqlı isə odur ki, artıq bu idyologiyadan uzaqlaşdırılaraq hansı millətə xas olan milli mənəvi dəyərlərindən bəhrələnməyimiz məlum olsada yaşadılır. Bu günə qədər də qeyri ənənəvi yaşadılan milli dəyərlər xalqımıza vurduğu zərbələr qarşımızda duraraq yaşayırıq. Artıq respublikada yad milli mənəvi dəyərlərin yaşadılması xalqımızın gen dəyişikliyinə məhkum edilməsidir. Sosial yaşayışın aşağı səviyyədə olması, demokratik islahatların aparılmaması gənclər məcburiyyət qarşısında qalaraq qeyri millətlərlə nigah bağlayırlar. Bir cox millətlərin nümayəndələri ilə nigah qurulması milli mənəvi dəyərlərmizin dəyişməsi xalqımızın layiq olduğu qədim tarixini və mədəniyyətni əlindən almaqdır. Bir necə ildən sonra milli mənəvi dəyərlərimizin fəsadlarını görəcəyik. Bu isə gələck nəsillər ücün faciə ola bilər.
3.Ümumiyyətlə, Azərbaycan xalqının əlindən milli mənəvi dəyərləri alınıb başqa bir, qeyri-ənənəvi mədəniyyət təqdim olunsa bu nə ilə nəticələnər?
Əvvala Azərbaycan deyəndə nəyi bilməliyk sualı ortaya cıxır. Bir millətin milli mənəvi dəyərlərini əlindən almaq və xas olmayan dəyərləri tətbiq edilməsində, onun dilini əlindən alırlar. Eyni zamanda da xalqımızın əlindən dilinin bir necə dəfələrlə dəyişməklə milli mənəvi dəyərlərimiz əlimizdən alınıb. Belə ki, vaxtı ilə fəxrlə danışıb tariximiz olan Səfəvi Dövlətinin banisi, Şah İsmayıl Xətainin dövründə dəfələrlə etdiyi qeydlərini oxuduqda millətini və dilini Türk deyib. Şah İsmayıl Türkün qədim tarixini mədəniyyətini və dilini yaşatmaqla xalqına necə min kvadrat kilometr əraziyə xalqının milli mənəvi dəyərlərinə layiq olduğunu mövcud şahlara görk etdi. Əfsuslar olsun ki, bu ərazi bütövlüyü sonda Şah İsmayılın dilini və milli mənəviyyatını xalqımızın əlindən alıb qeyri-ənənəvi mədəniyyət təqdim edilməklə yaşadıldı. Ərazi bütövlüyümüz bölündü və xalqımız parcalandı, Türk millətmiz soyqırımlara işgəncələrə, əsarətə alındı. Dəyərsiz və köksüz yaşadılan milli mənəvi dəyərlərin dəyişməsi coğrafi ad kimi qəbul edilib Azərbaycan adıyla əvəzləndi. Fətəli Xan Xoysk kimi ADR dövlətin ilk naziri bir əsirliyə İRƏVANI genosid ermənilərə peşkəş verməsi, milli mənəvi dəyərləri əlindən alınıb qeyri-ənənəvi dəyərlərlə əvəzlənməsiydi. Tarixi faktlara gəlsək Fəlsəfə doktoru Faiq Ələkbərovun TÜRK necə azərbaycanlı olmasını və milli mənəvi dəyərlərmiz alınıb başqa bir, qeyri-ənənəvi mədəniyyət təqdim olunması deyil, tətbiq etdilər. Tətbiq edilən mənəviyyatın vurduğu fəsadlar öz axarında inkişaf etməklə nəticəsini görürük. Azərbaycan deyərək 1937-ci ildən bu millət adı altında yaşayırıq. Bir qismi yaşayır cox bir qismi isə milli mənəvi dəyərlərmizdən uzaq olan düşmənlərin milli mənəvi idarəçiliyində məhf olur. Qeyri – ənənəvi milli mənəvi dəyərlərdə yaşadıldığı kimidə respublikada insan geninin dəyişlməsi başlıca istiqamətlərdən olub qeyri düşncəyə doğru ucrumdayıq. Xalqa gəlincə soy kökümüz türkdür və burada sual doğrur türk necə Azərbaycanlı oldu. Tarixcilərin və filosofların araşdırmaları öz təsdiqni taparaq Türk milləti olmağmız və milli mənəvi dəyərlərimizdən irəli gələn genosid ermənilərin Türkə qarşı etdiyi soyqırımlardan xalqımızı xilas edilməsidir. Biz bu məsələdə ayıq olub, soykökümüz Türk olaraq şəxsiyyət vəsiqəsinə yazılmaqla layiq olduğumuz milli mənəvi dəyərlərimizi qəbul etməliyik. Bundan sonra dəyərlərimizdən irəli gələn güclü yaşayışmız qurulacaqdır ki, buda öz növbəsində bəhrəsini əsirgəməyəcəkdir. Türk milli mənəvi dəyərlərdə satqıncılq, insan hüquqların tapdalanması, rüşvət, yaşadığı dövlətə sədaqətlə xidmət edilməsi, topraklarının ərazi bütövlüyü, qüdrətli ordusu, və dövlətçiliyi Türkün milli mənəvi dəyərlərindən var edilib.