YURDUN ADINI UCALDANLAR. GÜNƏŞ XUDAVERDİYEVA.


6575_nXudaverdiyeva Günəş Məmməd qızı 1941-ci il 1 yanvarda Ağstafa rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur.

1959-cu ildə doğulduğu kənddə orta təhsilini başa vurduqdan sona Bakıya getmiş və 2 il “Artyomneft”də işləmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Unverstitetininin Hüquq fakültəsinə daxil olmuş və 1966-cı ildə oranı bitirmişdir. Təhsilini başa vurduqdan sonara G.Xudaverdiyevanın təyinatını işləmək üçün Azərbaycan SSR Ali Məhkəməsinə göndərmişlər. Burada o, məsləhətçi, plenum katibi, 1975-ci ildə isə Ali Məhkəmənin üzvü seçilmiş, cinayət işləri üzrə məhkəmə kollegiyasının hakimi işləmişdir. 1980-ci ildə isə Azərbaycan SSR Ədliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə G.Xudaverdiyeva “Sosialist qurucusu” jurnalında böyük redaktor, sonra məhkəmə orqanlarında məsləhətçi, aparıcı mütəxəsis işləmişdir. 1992-ci ildə Bakı şəhər Məhkəməsinin üzvü (hakimi) seçilmiş, 2000-ci ildə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmişdir. G.Xudaverdiyeva 2010-cu ilədək bu vəzifədə çalışmış və həmin il iyulun 2-də bu vəzifədən təqaüdə ayrılmışdır.

Reklamlar