Vurğunu Topçubaşov və Behbudovla nə bağlayır – Foto


Əlimərdan bəy Topçubaşovun ailəsi ilə birgə nadir fotosu yayılıb.
Tanınmış hüquqşünas Səməd Vəkilov sosial şəbəkədə yaydığı fotonu ona Rəşid Behbudovun xalası Əfruz xanım Vəkilovanın nəvəsi Səadət xanımın təqdim etdiyini yazıb.
Kult.az-a açıqlamasında S.Vəkilov deyib ki, Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilova Rəşid Behbudovun anası Firuzə xanım Vəkilova ilə eyni nəsildəndir.
Azərbaycanın şərəf tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan Vəkilovlar yeganə nəsildir ki, cümhuriyyət parlamentində 4 deputatla təmsil olunub:
1) General İbrahim ağa Vəkilov – Azərbaycanın yeganə topoqrafiya generalı, Gəncənin general qubernatoru. AXC-nin müdafiə nazirinin müavini olub.
2) Mustafa bəy Vəkilov – Müsavatın liderlərindən biri. 23 yaşlı daxili işlər naziri ömrünün sonuna qədər mühacirətdə Azərbaycanın milli davasını aparıb.
3) Məmmədrza ağa Vəkilov – Azərbaycanın ilk həkimlərindən olub, Bakı şəhərində ilk poliklinikanın yaradıcısı. Türk millətçi və müsavatçı görüşlərinə görə dəfələrlə həbs edilib.
4) Rəhim bəy Vəkilov – İstiqlal Bəyannaməsinin mətninin müəllifi və onu imzalayan şəxslərdən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yeganə yazılı tarixinin müəllifi.

 

Reklamlar