Getmək istəyirsən bəhanəsiz get!


Getmək istəyirsən, bəhanəsiz get,
oyatma mürgulu xatirələri.
Səsin həmin səsdir, baxısın ögey,
gedirsən səsin də yad olsun, barı.

Sən dəniz qoynuna tullanmış cicək,
ustunə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
nə vaxtsa üstündə tutulacaqdr.

Demirəm, sən uca bir dağsan, əyil
demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
nə mən dilənciyəm, əl acım sənə.

Döşənim yollar tək ayaqlarına,
sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vuqarım sına,
alcalıb yasamaq ömur-gün deyil.

Getmək istəyirsən, o yol, o da sən,
bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlar tək dumanda cəndə
Neyimi sevmişdin deyə bilmədin
Indisə yüz eyib gorürsən məndə

Getmək istəyirsən, bəhanəsiz get,
oyatma murgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
gedirsen səsin də yad olsun, barı.

 

Reklamlar

  • BİR MİLLET.BİR DEVLET

    BOZ QURD

    Kişisel Bağlantılar

    Doğrulanan Hizmetler

    Tam Profili Görüntüle →

  • Sosyal

  • ÜLKELER

    Flag Counter

  • RELIGIOUS YOUTH IN DEMOCRATIZATION

  • KATEGORİLER

  • BLOG İSTATİSTİKLEERİ

    • 31,833 tıklama
  • İSTENMEYEN ENGELLENDİ

  • ARŞİVLER