Ofelya xanım Mahmudova kimdir?


Elxan Əliyev Biologiya elmləri namizədi

Son günlər feysbuk səhifələrində adı hallanan Ofelya xanım Mahmudovanın itkin düşmüş qardaşının axtarışı ilə bağlı üzləşdiyi haqsızlıqlar, cinayətlərlə zəngin olan olaylara qarşı mərdi mərdanə tək mücadıləsi çox kişilərin dözə bilmədikləri mübarizə meydanında təkbaşına qalması haqqındadır.

365 İNFO. AZ Şamil Həsənbəyli, Şamil Əfəndi və CƏFƏR. Gundem Xeber. Az özlərini savadlı yazar bilən jurnalistlər oxuyun və qanun qarşısında cavab verməniz qacılmaz olsun.

Bu suala cavab verməzdən əvvəl cəmiyyətin dərin hörmət və rəğbətini qazanmış müdrik bir kalamı yada salmaq istərdim.
“Dövlət iki şeydən sarsıla bilər: – birinci – günahsıza cəza veriləndə, ikinci -cinayətkar cəzasız qalanda”. Bu hikmətli sözləri vaxtı ilə Ulu Öndərimiz Heydər Əliyev söyləmişdir.
İndi isə bu qərəzli yazını yazan “insan övladının” mövqeyi haqqında. Görəsən bu adamın Ofelya xanım Mahmudovanın şərəfli həyat fəaliyyətindən azacıq da olsa xəbəri varmı? Düşünürəm ki, yox.., əgər olsaydı, onda bu adam Həcər qeyrətli qadının ünvanına göndərdiyi bu qədər saysız-hesabsız iftira və yalan dolu böhtanlı sözləri inanıram ki, heç bir obyektiv reallığa söykənməyən yazını əlinə qələm alıb ərsə gətirməzdi.
Yazı ilə tanış olduqca onun sifariş xarakter daşıdığı, kimlərinsə diktəsi ilə bir o qədər də savadlı, yüksək səviyyədə tərtib olunmadığı dərhal nəzərə çarpır. Əgər, həqiqətəndə yazı müəllifi bu alicənab, intelegent xanımı (HACI XANIMI – MƏKKƏ ZİYARƏTİ onun uşaqlıq arzusu olub və TANRI onun bu arzusunu çin edib ) tanısaydı, onun şəxsiyyətinə bələd olsaydı, neçə-neçə imkansız insanlara göstərdiyi qayğı və köməkdən xəbərdar olsaydı, kimsəsizlər və qocalar evinə müntəzəm olaraq yardım göstərməsindən, onlara dayaq olaraq əl tutmasından məlumatlı olsaydı heç bir təzyiq altında ona belə yazını yazdırmazdılar.
Ancaq , STOP, STOP, STOP.
Təəssüf ki, millətimizin bəzi təbəqələrinin nümayəndələrinə xas olan paxıllıq və gözügötürməzlik, nankorluq, çörəyini yediyi dostların, yaxınların müxtəlif səviyyələrdə əldə etdiyi uğurları özləri üçün “dərd ” etmələri “sindromu” danılmaz reallıqdır.
Nəzərinizə çatdırmaq istədiyim balaca, lakin son dərəcə faciəvi əhvalat , son günlər feysbuk səhifələrində adı hallanan Ofelya xanım Mahmudovanın itkin düşmüş qardaşının axtarışı ilə bağlı üzləşdiyi haqsızlıqlar, cinayətlərlə zəngin olan olaylara qarşı mərdi mərdanə tək mücadıləsi çox kişilərin dözə bilmədikləri mübarizə meydanında təkbaşına qalması haqqındadır.
Ofelya xanım Mahmudovanın qəlbində yaşayan sonsuz və sönməz qardaş eşqi, məhəbbəti onu hələ də rahat buraxmayaraq , çoxlarının (hətta bəzi ən yaxınlarının) artıq qardaşı Hafiz Mahmudovun həyatda olmaması ilə bağlı faktla barışdığı halda onu son zamanlara qədər ümidlə yaşadırdı. Buna da səbəb meyidi tapılmamış adam ölmüş deyil, Itkin hesab olunur anlamı idi. Uzun illər qardaşının qatilinin axtarışı ilə məşğul olmuş inadkar bacı son nəticədə onun (cinayətkarın) izinə düşərək 13 ildən artıq müəmmalı qalan bu faciənin əsas günahkarını ifşa etmiş, onun Qanun qarşısında cavab verməsini tələb etmişdir. Təbii ki, belə halda günahkarın əməllərini ört-basdır etmək istəyənlər , ona himayədarlıq edənlər, şübhə yoxdur ki, böyük məbləğ pula Ofelya xanım Mahmudovaya qarşı geniş kompaniya yaratmağa çalışaraq bu qədər mənəvi əziyyət çəkən xanımı ağıla sığmaz əməllərdə suclandıraraq, guya o hansısa generalın himayəsi altında,onunla əlbir olaraq kimlərəsə qarşı təbliğat kompaniyası keçirir və yaxud da prezedent seçkilərində fəal iştirak etmək üçün Bakı kəndləri əhalisi arasında seçki qabağı işlərin təşkil edilməsində, ən əsası isə öz siyasi mövqeyini dəyişərək müxalifətə keçməsində onun saf mənəviyyətinə ləkə vurmaq istəyirlər. Ailədə xala və bibi statusu daşıyan, onu yaxından tanıyanlar arasında mesenatlığı ilə ad qazanan bu xeyirxah qadın necə ola bilər ki, yazı müəllifinin dediyinə görə – qardaşı uşaqlqrına bir manat da olsa köməklik etməyib? Hörmətli oxucular ! İndi Siz deyin bu qəbildən olan iftiraçı dırnaqarası yazarlara nə ad vermək olar? Olur ki, bütün şərh olunanları buraxaq zamanın hökmünə, hansıki bu hadisələrin mütləq obyektiv qiymətini verəcək.

Heç şübhə yoxdur ki, yaxın gələcəkdə dövlətimiz cəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən insanlar haqqında müxtəlif səpgili böhtan xarakteri daşıyan qərəzli, əsassız, heç bir insani və hüquqi normativlərə cavab verməyən məlumatlara görə yazı müəlliflərini ifşa edərək məsuliyyətə cəlb olunması haqqında yeni xüsusi Qanun qəbul edəcək və ya mövcud olan Qanunlara müvafiq əlavələr etməklə bu qəbildən olan iftiraçı, gəlir mənbəyi axtaran şantajist “yazarlara” qarşı ciddi cəza tədbirləri görəcək.
O ki qaldı Ofelya xanım Mahmudovanın qardaşı Hafiz Mahmudovun (qətlə yetirilməklə) fiziki məhvinə, bu cinayəti törədən və öz boynuna alan, indi isə Resublikanı qoyub qaçan, vaxtı ilə Hafiz Mahmudovun işçi kompanionu olan həmən o adamdır ki, Ulu öndərimizin sözü ilə desək – bu gün də cinayətkar ola-ola cəzasız qalmışdır. Ancaq o bilməlidir ki. Ulu öndərimizin digər bir sözü ilə desək – Haqq ədalət mütləq zəfər çalacaq.

Reklamlar